Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Broker” MMC-nin sahibi Əbülfəz Məlikov “dəlilik kağızı” gəzdirir?

 

“Broker” MMC-nin sahibi Əbülfəz Məlikov “dəlilik kağızı” gəzdirir?

Yenixeber.org: Məlumatlarda brokerlərin “dəlilik kağızı” gəzdirməsi bir daha təsdiqlənir və iddia edilir ki,  MMC-nin dəqiq adı “Broker” yox, “Transservis” MMC-dir. Yəni MMC “Transservis” adı ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Ancaq bəlli olmayan səbəblərdən “Broker” MMC adı ilə fəaliyyət göstərir. Böyük ehtimalla əsl adının gizlədilməsi onun sahiblərinin şübhəli niyyətləri və əməlləri ilə bağlıdır. Yəni hansısa fors-major situasiyada “Broker” MMC-nin mövcud olmadığını iddia edə bilsinlər. 
Mənbə “Broker” MMC-nin sahibi Əbülfəz Məlikovu alkoqollu içkilərə meylli, etik sərhədləri gözləməyən, sərt davranışları ilə seçilən bir şəxs kimi xarakterizə edir: “Onun arxasında duranlar fövqəladə hallar naziri Kəmaləddin Heydərov və İran vətəndaşı, kürd əsilli Manuçar Əhədpurdur. MMC-nin fəaliyyətini Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyev kurasiya edir. Ə.Məlikovun yeganə çəkindiyi adam da elə S.Mehdiyevdir. Əslən Şamaxıdan olan Ə.Məlikov naxçıvanlıları, xüsusilə də nehrəmliləri sevməsə də, S.Mehdiyevin (sədr müavini əslən Nehrəmdəndir) göstərişlərini can başla yerinə yetirir. Brokerlərin 80 faizi nehrəmlidir. Normal orta təhsili belə olmayan bu adamların tərbiyələrində çox ciddi problemlər var və bu da özünü insanlarla ünsiyyətdə qabarıq şəkildə göstərir.
Qaynağın bilgisinə görə, Bakıda ralli yarışlarının təşkilatçılığını və maliyyə dəstəyini də Kəmaləddin Heydərov Əbülfəz Məlikova tapşırmışdı. Ə.Məlikovun əsas ofisi metronun 28 may stansiyasının yaxınlığında - köhnə çay fabrikinin arxasındakı xəlvəti bir məkanda yerləşir. Gömrük-keçid məntəqələrindəki qanunsuzluqları da o, həmin ofisdən idarə edir. 
Mənbə Ə.Məlikovun monopoliyasında olan idxal sahələrini də açıqlayıb: Bütün tikinti materialları, alçıpan, yağ, elektrik-lampa cihazları, “Borjomi”, “Milla” qida məhsulları, libero uşaq bezləri, karqolar (məsulların idxalına 35 yaşlı broker, Ə.Məlikovun yaxını olan Anar Bədəlov nəzarət edir). 
Ə.Məlikov Qazaxda, Balakəndə, Xaçmazda, Astarada, Biləsuvarda  brokerlər üçün xüsusi ofislər tikdirib və yaxud kirayələyib. Azərbaycana daxil olan hər bir yükə brokerlər müdaxilə edir, xərac toplanır və məlumatlar “baş ofisə” ötürülür. Brokerlərin icazəsi olmadan ölkəyə bir çöp də keçirmək mümkün deyil. Məsələn, Astara gömrük-keçid məntəqəsindən Azərbaycana 1 kiloqram xurma və yaxud toyuq əti, Xaçmaz gömrük-keçid məntəqəsindən isə 1 kiloqram yağ, 1 litr içki, 1 qutu siqaret keçirmək mümkün deyil.
“Gömrük brokeri haqqında” Əsasnamədə deyilir ki, gömrük brokerinin fəaliyyəti sahibkarın malının rəsmiləşdirilməsi işində gömrük işçiləri ilə mal sahibi arasında vasitəçilik funksiyalarının yerinə yetirilməsindən ibarətdir. Vəssalam. Azərbaycanda isə brokerlər açıq-aşkar mafiya funksiyalarını yerinə yetirir. Ancaq buna mafiya demək də insafsızlıq olar. Çünki mafiyanın da bölüşdüyü hansısa dəyərlər (sivil dəyərlər olmasa da) mövcuddur. Ancaq brokerlər heç bir dəyəri bölüşmür. Məsələn, özünə hörmət edən heç bir mafiya üzvlərinə rəsmi “dəlilik kağızı” düzəltməz. Ona görə də bunu mafiya yox, tipik quldur qrupu adlandırmaq daha düzgün olar.(milletinsesi)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam