Lavrov-Sərkisyan görüşü:Kreml İrəvandan 3 rayonu istəyir
İrəvana səfəri zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistan Prezidenti Serj Sərkisyanla bağlı qapılar arxasında gərgin danışıqları olub.
Yenixeber.org: Bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb.
“Məsələ ondadır ki, Moskva Avrasiya İttifaqının reytinqinin iki üzv ölkə olan Qazaxıstan və Qırğızıstan arasındakı konflikt nəticəsində düşməsindən narahatdır. Putin bu ittifaqın formalaşması üçün çoxlu güc və vasitə sərf edib. Ona görə də Astana və Bişkek arasındakı qarşıdurmadan narazıdır. Avrasiya İttifaqının reytinqini azaldan bu toqquşma üstəlik həm də Rusiyadakı prezident seçkisi ərəfəsində baş verir.
Rusiya prezidentinin ətrafındakı şəxslərdən biri Avrasiya İttifaqının cəlbediciliyinin artırılması üçün buraya Azərbaycanın qəbul edilməsini təklif eidb. Bakıda Moskvanın etdiyi təklifin mahiyyəti dərhal başa düşülüb və onlar rusların qarşısında sərt şərt qoyublar. Bakıda bildirilib ki, biz bu təklif barədə Bakıya Qarabağ ətrafındakı 5 rayonun qaytarılması qarşılığında düşünə bilərik. Bakıda verilən cavabı dinləyən Lavrov dərhal Kremlə zəng edib və böyük ehtimalla orada da bu şərtə razılıq verilib. Bir sözlə, Moskva növbəti dəfə özünün Qafqazdakı yeganə müttəfiqinin təhlükəsizliyi və maraqlarını təhdid altına ataraq, öz imperiya ambisiyalarına qurban verir.
Kremldən dəqiq tapşırıq alan Lavrov İrəvana gələrək burada Sərkisyanla çox ağır danışıqlar keçirib. Burada onu da xatırlatmaq lazımdır ki, Avrasiya İttifaqına yeni üzv bütün üzv ölkələrin razılığı əsasında qəbul edilə bilər. Belə ki, Sərkisyanı Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünə razılıq verməyi tələb edən Lavrov həmçinin rayonların geri qaytarılmasını da tələb edib.
Hər şey bununla bitmir. Lavrov həmçinin ultimatum formasında Sərkisyandan Avropa Birliyi ilə əməkdaşlığın genişləndirilməsi barədə müqaviləni imzalamamağı tələb edib. Bəzi analitiklərin fikrincə, Ermənistanın AB ilə bu müqaviləni imzalamaq ehtimalı 100%-ə yaxındır. Moskva bunu çox gözəl anlayır və Ermənistanın Qərbə qaçmasına izn vermək istəmir. Bizim mənbələrin məlumatına görə, Lavrov Sərkisyana Kremlin 5 yox, 2-3 rayonun Azərbaycana qaytarılmasına razı olduğu haqqında informasiya verib. Bu isə Azərbaycanın Avrasiya İttifaqına üzvlükdə sürpriz olmalıdır. Lakin Lavrov Sərkisyana Kremlin 2-3 rayonla bağlı fikrini İrəvanın AB ilə razılaşma imzalamayacağı halda gerçəkləşdirəcəyini bildirib. Mənbələrimiz təsdiq edir ki, Sərkisyan Lavrovla ağır danışıqlardan sonra ciddi düşünüb. İrəvanın müqavilənin imzalayıb-imzalamayacağı haqqında Sərkisyanın qərarını biz səhər görəcəyik.
Görünür, Sərkisyan tələyə düşüb. O, əlbəttə, Lavrova Moskvanın tələblərinin yerinə yetirilməsinin mümkünsüz olduğunu başa salmağa çalışıb. Hətta Lavrova bir hektar torpağın Azərbaycana veriləcəyi təqdirdə hakimiyyətinə son qoyulacağını da deyib.
Mənbələrimizin başqa məlumatına əsasən bu görüşdən sonra Sərkisyan Dilicana Monte Melkonyan adına texnikumun açılışına gedərkən çox əsəbi olub və bunu tez-tez öz ətrafındakı insanlardan çıxmağa çalışıb. Mənbəmiz Sərkisyanın hələ bu qədər əsəbi olmadığını bildirib. Görünür, Moskva Sərkisyanı hələ indiyə qədər bu dərəcədə diz üstə çökdürməmişdi”, – məqalədə bildirilib.(axar)