Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Berluskoninin mafiya ilə əlaqələri üzə çıxır -hakimiyyətə gəlmək üçün teraktlar sifariş edibmiş - İDDİA

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni 1993-cü ildə törədilən terror aktlarına görə 3-c dəfə istintaqa cəlb olunur.

Yenixeber.org: Həmin insidentlərin İtaliyanın mafiya təşkilatının əli ilə gerçəkləşdiyi istintaq tərəfindən çoxdan müəyyən edilmişdi. Lakin cənab Berluskonunun birbaşa mafiya bossları ilə əlaqələrini sübut etmək mümkün olmamışdı. İndi təhqiqatçların əlində iki mafioz klan rəhbərinin həbsxanada öz aralarında danışdıqları söhbətin səsyazması var. Həmin mafiozlardan biri sözügedən terror aktlarını Berluskoniyə göstərilən xidmət aldandırır.

1994-cü il hadisələrinə görə ömürlük həbs cəzasına məhkum edilən, Siciliyanın “Koza Nostra” mafiya təşkilatının keçmiş rəhbəri Cüzeppe Qraviano öz həbsxana yoldaşı, Neapol klanın başçısı Umberto Adinolfiyə terror hücumlarının Silvio Berluskoninin sifarişi əsasında icra olunduğunu deyib.

Söhbət zamanı Cüzeppe Qraviano da Berluskoninin ona həmin vaxt bir xahişlə gəldiyini söyləyib. “Berluska (Silvio Berluskoninin qısıldılmış və mafiyanın ona söylədiyi addır) məndən bir “xeyirli” iş görməmi xahiş etdi...”, - mafiya şefi bildirir.

Mətbuat 1993-cü il hadisələrini xatırladır. 1993-cü ilin yanvarında İtaliya polisi “Koza Nostra”nın o vaxtkı başçısı Toto Riinanı həbs edir, həmçinin mafiya kalnlarına qarşı bir sıra sərt qanunlar qəbul edilir. İstintaqın müəyyən etdiyi kimi, mafiya intiqam olaraq Roma, Mlian və Florensiyada terror aktları seriyasına başlayır. Həmin hadisələrdə 10 dinc sakin həlak olur.

Bununla bağlı olaraq polis mafiya klanlarına daxil olan 8 nəfəri həbs edir.
Həmin vaxt terror aktlarının ard-arda törədilməsi əhali içində böyük narazılıq yaradır. Nəticədə İtaliya polisinin şefi istefaya getməyə məcbur olur. 1994-cü il seçkilərində isə Silvio Berluskoni qələbə qazanır.

İndi 80 yaşlı keçmiş baş nazir yenidən siyasi arenaya geri qayıtımaq niyyətini büruzə verib. Onun vəkili Nikkolo Gedini də habsxanadakı səs yazısının birdən-birə ortaya çıxmasını buna bağlayıb. Bundan başqa, keçmiş baş nazirin vəkilləri səs yazısında söylənilən “Berluska” kəlməsinin əslində “bravissimo” olduğunu deyirlər. Onlar təhqiqatın tam qapalı şəraitdə yürüdülməsini də tələb ediblər.(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam