Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakı müharibə hazırlıqları içində –hərbi nazirimizin səfərində iki hədəf

 

 

 

 

 

 

 

 

 

 

Qarabağ konflikti ətrafında mühüm gəlişmə; Etibarlı silah alıcısı kimi Azərbaycan uğrunda rəqabət güclənib; Bakının İsraildən ABŞ-ın da üstünlük verdiyi “Dəmir gümbəz” alması reallaşır; Rusiyanın işğalçı ölkədəki səfiri: “Azərbaycana silah satışını davam etdirəcəyik...”

Yenixeber.org: Ermənistanın müttəfiqi Rusiyanın Azərbaycana dünya bazarı qiymətinə silah satmaqda davam eləməsi işğalçı ölkədə, az qala, isterik ovqat yaradıb. Dünən məsələ ilə bağlı erməni jurnalistləri Rusiyanın bu ölkədəki səfiri İvan Volınkini sözün həqiqi mənasında sual “yağışına” tutublar.


Musavat.com-un məlumatına görə, erməni KİV nümayəndələri xüsusən də prezident Vladimir Putinin ötən həftə Çində səfərdə olarkən ABŞ-ın Ukraynaya silah verməsinə neqativ münasibət bəsləyən açıqlamasını yada salaraq, diplomatın buna münasibətini öyrənməyə çalışıblar. Yəni rəsmi Moskva məntiqlə postsovet məkanındakı konflikt zonasına (Donbasa) başqa dövlətin silah-sursat göndərməsini məqbul saymırsa, o zaman Rusiyanın özü nədən Azərbaycana silah satsın?

Related image


Səfir Volınkınin cavabı bu xüsusda kifayət qədər sərt və ermənilər üçün məyusedici olub. Öncə o, öz prezidentinin sözlərini şərh eləmək səlahiyyətində olmadığını xüsusi qeyd edib. Ardınca isə deyib: “Sizin başqa mövzunuz yoxdur? Siz elə hey bir şeydən yapışıb qalmışınız. Hər dəfə eyni şey. Axı bu haqda nə qədər danışmaq olar? Hər şey aydın deyil ki? Artıq bu məsələ barədə Rusiyanın bütün rəhbərləri danışıb. Biz Ermənistana da silah veririk”. 

Erməni jurnalistlərin israrla: “Bəs Rusiya Azərbaycana silah satışını davam etdirəcəkmi”, sualına diplomatın reaksiyası belə olub: “İlahi, nə qəmiş olmusunuz... Mən axı dedim, bu mövzuda sizinlə danışmaq fikrində deyiləm. Mən bu suala cavab verməyəcəyəm. Mən sizə izah elədim ki, prezidentin çıxışını şərh etməyəcəyəm...”



“Yeni Müsavat” bu yerdə xatırladır ki, Stokholmdakı Beynəlxalq Sülh Problemləri Tədqiqat İnstitutunun (SİPRI) az öncə açıqladığı sənədə görə, 2011-2016-cı illərdə Azərbaycan Ermənistandan 20 dəfə çox silah-sursat alıb. Bakı bu silahların böyük hissəsini məhz Rusiyadan əldə edib. Nəticədə bu gün Azərbaycan Rusiya silahını ən çox sifariş edən ölkələrin ilk beşliyinə daxildir. Rusiyanın ümumi hərbi ticarət dövriyyəsinin 4%-i ölkəmizin payına düşür. 

***

Rusiyalı diplomatın yuxarıdakı açıqlaması Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İsrailə davam edən səfəri fonunda xüsusilə diqqət çəkir. Məsələ ondadır ki, əgər Azərbaycanın iki mühüm silah təchizatçısından biri Rusiyadırsa, ikincisi də İsraildir. Yəni İsrail və Rusiya silah bazarında faktiki surətdə rəqibdirlər. Ehtimal eləmək olar ki, Moskvaya qarşı Qərbin sanksiyaları gücləndikcə şimal qonşumuzdan ötrü daimi müştəri-alıcıların önəmi, onlar uğrunda rəqabət də artacaq. Demək, Kreml işğalçı Ermənistanın bu xüsusda qınaq və narazılıqlarını daha nümayişkaranə şəkildə qulaqardı edəcək. 

Azərbaycanlı hərbi nazirin yəhudi dövlətinə ilk rəsmi səfəri də ən əvvəl hərbi və hərbi-texniki sahələr üzrə əməkdaşlığı daha da dərinləşdirməyə yönəlib. Bundan əlavə, çoxgünlük səfər çərçivəsində İsrailin silahlı qüvvələrinin döyüş təcrübəsini öyrənmək də hədəflər sırasında göstərilir. Bu isə ərazisinin 20%-i erməni tapdağında olan Azərbaycan və onun ordusu üçün müstəsna əhəmiyyət daşıyır. Söhbət həm də müharibə hazırlıqlarından gedir.

1505194443_700x390.jpg (1.42 MB)

Məsələn, dünən xəbər yayıldı ki, Azərbaycanın müdafiə nazirinin rəhbərlik elədiyi nümayəndə heyəti rəsmi səfər çərçivəsində İsrail Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində olub. Müdafiə Nazirliyindən musavat.com-a verilən məlumata görə, qurumun strukturu və fəaliyyəti ilə tanış olan müdafiə nazirinə bildirilib ki, mərkəzin əsas məqsədi qoşunların təşkili, idarə olunması, onlara nəzarət və digər tapşırıqlardan ibarətdir. 

Qeyd edək ki, İsrail silahlı qüvvələri böyük döyüş təcrübəsinə malik ordulardan sayılır. Diqqətçəkicidir ki, Zakir Həsənovun səfərdə olduğu günlərdə İsrail Müdafiə Qüvvələri son 20 ildə ən irimiqyaslı hərbi təlimlərə başlayıb.

Image result for Dəmir Gümbəz

Digər bir məlumata görə, nazirimizin səfəri çərçivəsində Azərbaycanın yəhudi dövlətindən “Dəmir gümbəz” - ən müasir raketdən müdafiə sistemlərinin alınması da diqqət mərkəzində olub. “Dəmir gümbəz”lə bağlı müzakirələr bir müddətdir ki, gedir və işğalçı Ermənistanda xüsusilə narahatlıq doğurmaqdadır.

4daywar3.jpg (1.80 MB)

Yeri gəlmişkən, bugünlərdə ABŞ-ın özü də bu sistemlərə maraq göstərib və analoji raketdən müdafiə sistemlərinin yerli istehsalını qurmaqdansa, İsraildən “Dəmir gümbəz” almağa qərar verib. Bu məqam sözügedən sistemlərlə bağlı işğalçı Ermənistanın təlaşının nə dərəcədə əsaslı olduğuna bir daha şübhə yeri saxlamır. 

*** 

Bütün bunlar əlbəttə ki, müharibə vəziyyətində olan Azərbaycandan ötrü döyüş hazırlıqlarını gücləndirmək baxımından böyük önəm daşıyır. Yəni həm Silahlı Qüvvələrimizin müasir hərbi texnika və sistemlərlə təchizatı, həm də praktik döyüş təcrübəsini artırmaq - hər ikisi müharibə hazırlqılarının iki əsas komponentini təşkil edir. 

Təsadüfi deyil ki, Azərbaycanın güclənən müharibə hazırlıqlarından təlaşa düşən düşmən tərəf dünən səhər saatlarından etibarən Azərbaycanın işğal altında olan Ağdam rayonunda növbəti irimiqyaslı təlimlərə başlayıb. APA-nın xəbərinə görə, Bağmanlar adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriyadan, zirehli texnikalardan istifadə olunur. Xəbərlərə gərə, ağır artilleriyadan açılan atəş səsləri Ağdamın işğal altındakı kəndlərində, ətraf Ağcabədi və Bərdə rayonlarında aydın eşidilir.

Ancaq belə növbətçi təlimlərlə İrəvan çətin ki, özünü sığortalaya, erməni toplumunu isə sakitləşdirə bilsin. Gerçək belədir ki, Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyü ilbəil artırır. Bahalı silahlanma yarışında ölkəmizlə ayaqlaşmaq üçünsə işğalçı ölkənin heç bir resursu yoxdur. Düşmən ölkədə müttəfiq Rusiyaya qarşı isterik ovqatın bir motivi də budur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam