Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Qalmaqallı “26” kafesi kimindir?-Təfərrüat+ Fotolar

 

Qalmaqallı “26” kafesi kimindir?

 

Xəbər verdiyimiz kimi, bu gün Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş “26 Bakı Komissarı” bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” - “Twenty six” adlı kafe bağlanıb. Əraziyə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov da gəlib.

Yenixeber.org:Ölkə gündəmini zəbt edən hadisədən sonra kafenin kimə məxsus olmağı müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, “26” adlı kafenin sahibi Bakı Dövlət Universitetinin Hüquq fakultəsində çalışan, professor Ərəstun Qasımovdur. 

Kafeni  Ə. Qasımovun oğlu Əliyarın işlətdiyi bildirilir.

Ailə həmçinin, “Hollivud” restoranlar şəbəkəsini də idarə edir.

Əliyar Qasımov sosial şəbəkə hesabında dəbdəbəli həyatını əks etdirən fotoları paylaşıb. Üç uşaq atası olan Ə. Qasımov oğluna atasının adını qoyub.

Xatırladaq ki, “26” adlı kafe Yazıçılar İttifaqının binasının bir hissəsi icarəyə götürülərək onun yerində açılıb. Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin İctimiayyətlə Əlaqələr Şöbəsinin rəhbəri Xəyal Rza Unikal.org-a açıqlamasında bildirib ki, kafe orada artıq bir neçə aydır fəaliyyət göstərir: “Bu qərarın indi verilməsi başa düşülən deyil. Paytaxtımızda dünənə kimi 26 Bakı komissarlığı adında küçə də var idi. Əslində ən böyük qəbahət bax budur”.

X.Rza Yazıçılar Birliyinin binasındakı sözügedən ərazi boş olduğundan icarəyə verildiyini deyib: "Biz buna necə müdaxilə edə bilərdik? Biri açdığı obyektin adını 26, digəri isə 28 qoyur. Onda belə çıxır ki, kimsə 26 rəqəmindən istifadə etmək üçün Hacıbala Abutalıbovdan icazə almalıdır?”

 









 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam