Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Səhlab Bağırovdan Müsavata– XƏBƏRDARLIQ

Səhlab Bağırovdan Müsavata

 

 Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının bu gün Bakı şəhər İcra Hakimiyyətinin qarşısına təyin etdiyi piketlə bağlı xəbərdarlıq edib

 

Yenixeber.org: Baş İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, paytaxtda razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir: “Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya piketin keçirilməsinə imkan verilməyəcək. Kimlərsə paytaxtda qanunun tələbini və ictimai qaydanı pozaraq, razılaşdırılmamış piket keçirməyə cəhd edərsə, qarşısı tərəfimizdən alınacaq. Belə bir cəhdə təşəbbüs göstərənlər isə məsuliyyətə cəlb olunacaqlar”.

S. Bağırov piketin təşkilatçılarını qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 3-də, saat 15:00-da Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası qarşısında piket keçirilməsi ilə bağlı müraciət edib. Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və piket keçirilməsinə razılıq verilməyib.

Müsavat Partiyası BŞİH-in bu qərarını qanunsuz sayaraq, bu gün saat 16:00-da həmin ünvanda piket keçirəcəyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam