Rusiya prezidenti Vladimir Putinə aid olduğu deyilən villanın görüntüləri yayılıb.

Yenixeber.org: xarici mediaya istinadən xəbər verir ki, Viborq bölgəsində yerləşən villaya Putin ildə bir dəfə baş çəkir. Finlandiya ilə sərhəddə yaxın yerdə yerləşən villanın Putinin bir dostuna aid olduğu, lakin prezident tərəfindən restavrasiya edilərək istifadə edildiyi deyilir.

Tikilinin içində hovuz, sauna, bilyard salonu və s. yerlər var.

1913-cü ildə finlandiyalı memar Uno Elberq tərəfindən inşa edilən bina Sherlock Holmes filminin çəkilişlərində istifadə olunub. Tikilidəki bərpa işlərinin 2010-cu ildən bəri davam etdiyi bildirilir.