Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putin haqda sensasiyalı film

 

Almaniya televiziyası Rusiya prezidenti Vladimir Putin haqqında 45 dəqiqəlik sənədli film çəkərək dövlət başçısı haqda indiyə qədər bilinməyən faktları açıqlayıb.

 



"Xeberinfo.com":  “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sənədli filmin çəkilişi üçün Şərqi Almaniyada çalışdığı müddətdə Putini tanıyanlar və keçmiş “KQB”agentlərinin danışdıqları əsasında indiyə qədər yayımlanmayan sənədlərdən istifadə edilib. 

Kanalın iddiasına görə, 62 yaşlı Putin azı beş dəfə sui-qəsdə məruz qalıb, lakin bu cəhdlərin tarixi göstərilmir. Keçmiş KQB cəsusu tərəfindən İngiltərə aeroportunda öldürülməyə çalışılan Putini rus kəşfiyyatının xəbərdarlığı əsasında ingilis agentləri xilas edə biliblər. 

Putinin 1985-1990 illərdə Şərqi Almaniyada çalışdığı zaman Moskvadan gələn tapşırıqlara əməl etmədiyi və şəxsi agent zəncirini qurmağa çalışdığı qeyd edilir. 

Qərbə dayanan kəşfiyyat hesabatına görə rus lider 2010-cu ildən estetik əməliyyat etdirərək üzünü dartdırıb. Sənədli filmdə Putinin bioqrafiyasını yazan Ben Judahın da fikirlərinə yer verilib. Onun sözlərinə görə, Putinin yuxu düşkünlüyü olduğu üçün tez-tez gecikirdi və hər gün bir neçə saatını idmana, üzməyə ayırırdı. Yazıçı liderin rəsmi görüşlərə belə gecikdiyini, hətta kraliça II Elizabettanı yarım saat gözlətdiyini bildirib. 

Sənədli filmdə həmçinin Putinin boşandığı həyat yoldaşını tez-tez döydüyü və içki düşkünü olduğu iddia edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam