Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycana qarşı ədalətsizlik: işğalçıya milyardlar verilir...

 

Yenixeber.org: Qabil Hüseynli: “Ermənistan ABŞ-ın indiyə qədər etdiyi yardımları silaha çevirib Azərbaycana qarşı yönəldib”; Bəxtiyar Sadıqov: “Təəssüf ki, Minsk Qrupu ermənipərəst mövqe tutur”

Xəbər verdiyimiz kimi, ABŞ 2018-ci il üçün Ermənistana 6,2 milyon dollar maliyyə yardımı ayırıb. Bu məbləğ 2016-cı ildə ayrılan 20,4 milyon dollardan 3 dəfə az olsa da, Minsk Qrupunun üzvü olan ABŞ hökumətinin belə bir addımı Azərbaycana qarşı ədalətsizlik kimi dəyərləndirilir.

Bu hələ ABŞ-ın düşmən ölkəyə edəcəyi yeganə yardım deyil. Ermənistan ABŞ-dan Suriya qaçqınlarına yardım məqsədilə də maliyyə alacaq. ABŞ-ın Nümayəndələr Palatasının Vəsaitlər Komitəsi 2018-ci il üçün “Dövlət, xarici əməliyyatlar və onlarla bağlı proqramlar üzrə ayırmalar haqqında” (SFOPS) qanun layihəsi qəbul edib. Layihəyə əsasən, ABŞ SFOPS çərçivəsində o ölkələrə 47 mlrd. dollar ayıracaq ki, onlar Suriyada hərbi əməliyyatların başlanmasından etibarən suriyalı qaçqınları qəbul ediblər. Qanun layihəsi eyni zamanda Suriya və onun qonşuluğundakı dövlətlərdə yaşayan xristian azlıqlar üçün ayrılan vəsaitləri də artırmağı nəzərdə tutur.


Məlumatda o da qeyd olunur ki, guya Ermənistan Suriya böhranı başlayandan bu günə qədər 20 min suriyalı qaçqını qəbul edib. Bu ilin aprelində ABŞ Konqresinin Erməni-Amerika Dostluq qrupu və Amerikanın Ay Data Komissiyası Ermənistanı “qaçqınlar üçün xüsusi təhlükəsiz ərazi” elan etmək təşəbbüsü ilə çıxış ediblər. Bu isə Ermənistana digər ölkələr və beynəlxalq donor təşkilatlar tərəfindən maliyyə yardımı ayrılmasını özündə ehtiva edir.


ATƏT-in Minsk Qrupunun üzvü olan dünya liderinin öz tərəfsizliyinə bu cür zərbə vurması Azərbaycan tərəfini də narahat edir.


Politoloq Qabil Hüseynli mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən bildirdi ki, ABŞ-ın bu hərəkəti ədalətsizdir: “Təskinlik verən fakt budur ki, ötən ilkinə nisbətən yardım ən azı 3 dəfə azaldılıb. Amma ümumilikdə Ermənistana yardım məsələsi təşviş doğuran faktdır. Bu yardımı əsasən humanitar məsələlərə xərcləmək, əhalinin sağlamlığı, qida problemlərinin həllinə yönəltmək adı ilə alırlar. Ancaq heç kimə sirr deyil ki, Ermənistan Amerikanın indiyə qədər etdiyi yardımların hamısını hərbi xərclərə ayırıb, silaha çevirib Azərbaycana, onun mülki əhalisinə qarşı yönəldib. Amerika bu məsələni də bilməmiş deyil.

Minsk Qrupunun həmsədrlərindən biri kimi problemin həllində iştirak edənlərdən biri də odur. Tərəfləri hər zaman kompromisə çağırır. Ancaq bu məsələdə kompromisin necə əldə edilməsinin mümkünlüyünə diqqət yetirmir. Çünki təcavüzkar dövlət hücum edib, başqa bir dövlətin ərazisinin 20 faizini işğal edib. ABŞ isə deyir ki, kompromisə getməlisiniz, dil tapmalısınız. Başqa bir problem odur ki, ABŞ Qarabağ probleminin özünün guya Dnestryanı, Cənubi Abxaziya, Osetiya problemlərindən fərqli olduğunu və buna görə də ona əlahiddə yanaşma metodlarının tətbiq edilməsinin gərəkdiyini söyləyir. Bu zaman da ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə hüququnu eyniləşdirirlər, çox ziddiyyətli mövqe tuturlar. Təcavüzkarı şirnikləşdirən bir mövqe sərgiləyirlər.

Üstəlik, NATO-ya daxil olan dövlətlərin Varşavada keçirilən sammitində qəbul olunan yekun sənəddə bildirildi ki, postsovet məkanındakı bütün münaqişələrin hamısı eyni ssenari üzrə baş verib və bu da Rusiyanın əli ilə baş verib. Bu baxımdan, postsovet məkanındakı bütün münaqişələrə eyni cür yanaşma sərgilənməlidir. Bu, NATO-nun sənədlərində qeyd olunub. Ancaq NATO-nun aparıcı ölkəsi olan Amerika Qarabağda əlahiddəlik axtarır. Maliyyə yardımları məsələsində də bu fərqləndirmə özünü göstərir”.


Politoloq vurğuladı ki, Azərbaycan müxtəlif yollarla bunu Amerika rəhbərliyinin diqqətinə çatdırmalıdır: “Bu barədə Xarici İşlər Nazirliyi də bir açıqlama verərək mövqe ortaya qoysa yaxşı olar. Dnestryanı ərazilərdə, Abxaziyada ərazi bütövlüyü əsas məsələ kimi qəbul olunub. Ancaq bizə gələndə o şərtlərə bir də ”öz müqəddəratını təyin etmə hüququ" əlavə edirlər. Biz bunu XİN, səfirliklər, diaspora təşkilatları vasitəsilə həmin ölkələrin diqqətinə çatdırmalıyıq. Problemin həllinə bu cür fərqli yanaşma metodu ziddiyyət yaradan məsələlərdən biridir. Bu maliyyə yardımı bizdə nifrət doğurduğu kimi, ermənilərdə də bir rahatlıq doğurur. Ermənistanı təcavüzkar kimi tanımaq əvəzinə, problemlərdən əziyyət çəkən bir ölkə kimi qəbul edirlər".


Milli Məclisin deputatı Bəxtiyar Sadıqov isə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Minsk Qrupunun üzvü olan Amerika əslində bitərəf olmalıdır: “Minsk Qrupu bitərəf mövqe nümayiş etdirilməlidir ki, münaqişə edən tərəflər arasında obyektiv olduğunu göstərsin, münaqişənin ədalətlə həll olunduğunu göstərsin. Ancaq təəssüf ki, Minsk Qrupu ermənipərəst mövqe tutur. Amerika Ermənistana yardım edir. Bu yardımın miqdarının azalması isə ABŞ-ın obyektivliyindən irəli gəlmir, orada maliyyə gərginliyinin olmasından doğur. Minsk Qrupunun digər üzvü olan Rusiya dəfələrlə təmənnasız silah-sursat verib. Fransa az qala qondarma erməni soyqırımını tanımamaq üstündə öz vətəndaşların cinayət məsuliyyətinə cəlb edəcək qanun qəbul etmək həddinə gəlib çatıb. Bütün bunlar onu göstərir ki, ATƏT-in Minsk Qrupu obyektiv və tərəfsiz deyil”.

Image result for Milli Məclisin deputatı Bəxtiyar Sadıqov i


B.Sadıqov vurğuladı ki, biz daha çox Amerikanın indiki administrasiyasından bu məsələdə obyektiv mövqe gözləyirik: “Donald Tramp ilk dəfə olaraq erməni seçicilərinin səsini almadan, onlara 24 apreldə ”erməni soyqırımı" ifadəsini işlətməyə söz vermədən seçildi. Onun belə bir öhdəliyi yoxdur. Ona görə də güman edirdik ki, bu məsələyə də baxılacaq, Azərbaycanın razılığı olmadan Ermənistan yardım edilməsi dayandırılacaq. Lakin təəssüf ki, bu olmadı. Ancaq belə davam edə bilməz. Azərbaycan dəfələrlər öz narazılığını bildirib. Biz güman edirik ki, bu məsələ yenidən qaldırılacaq. Milli Məclisin üzvləri hər zaman xarici görüşlərində bu məsələləri qaldırırlar ki, bu separatçı rejimə kömək etmək olmaz. İşğalçı rejimə kömək etmək də əslində işğala haqq qazandırmaqdır. Bu günə kimi bizim səsimizi eşitməyiblər. Hadisələrin gedişi isə göstərir ki, bizim səsimiz artıq əvvəlkindən gur çıxır. Füzulidə balaca Zəhranın və nənəsinin öldürülməsinə görə bütün dünya ayağa qalxdı. Bütün dünya mediası erməniləri qınadı . Yəqin ki, bütün bunlar nəticəsiz qalmayacaq".


Deputat Ermənistana olunan bu yardımlara baxmayaraq, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməyə qadir olduğuna inamını ifadə etdi: “Ən əsası odur ki, Azərbaycan bütün bunlardan asılı olmayaraq, öz ağıllı və uzaqgörən siyasətini yürüdür, ordusunu gücləndirir. Ermənilərin təxribatlarına daha güclü zərbə ilə cavab verilir. Biz özümüz həm iqtisadi, həm hərbi, həm də diplomatik sahədə torpaqlarımızı azad etmək iqtidarındayıq. Biz torpaqlarımız azad etmək üçün hücuma keçsək, Ermənistana edilən heç bir yardımın onlara köməyi olmayacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam