Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ Azərbaycana maliyyə yardımını azaldır

 

 

2015-ci ildə Azərbaycan, Ermənistan və Gürcüstana ayrılacaq maliyyə yardımının həcmi bəlli olub

 

"xeberinfo.com": ABŞ Dövlət Departamenti 2015-ci ildə bir sıra dünya ölkələrinə maliyyə yardımı və bu ölkələrdə həyata keçiriləcək proqramlara ayrılacaq vəsaitin əks olunduğu büdcə layihəsini təqdim edib. Dövlət Departamentinin mətbuat xidmətinə əldə  etdiyimiz məlumata görə, 2015-ci ildə Azərbaycana yardım yenidən azaldılacaq.
 
Belə ki, 2013-cü ildə ABŞ-ın Azərbaycana yardımı 16 milyon dollardan çox olsa da, 2014-cü ildə bu miqdar 15,5 milyona enib, 2015-ci ildə isə 12,7 milyon dollar təşkil edəcək. Bu məbləğin 9,6 milyonu iqtisadi dəstək, 800 min dolları hüquq-mühafizə orqanlarının narkoticarətlə mübarizəsinə, 600 min dolları beynəlxalq hərbi təhsil və təlimlərə, 1,7 milyonu isə xarici hərbi maliyyələşmə kimi ayrılacaq. 
 
Qeyd edək ki, büdcəyə əsasən ABŞ 2015-ci ildə Ermənistana 24,7 milyon dollar, Gürcüstana isə 53,5 milyon dollar verəcək. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam