Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Laçın təhsilinin Şahlar Xəlilov problemi

 

 

   “Xeberinfo.com”: Mikayıl Cabbarovun Təhsil nazirliyinə rəhbər təyin olunması ölkə ictimaiyyətində bu sahəyə müəyyən ümüdlər doğurmuşdu.

    Çox təəssüflər olsun ki, az da olsa qazanılan bu uğurlu nəticələrə hələ də kölgə salanlar tapılır. Elə Binə qəsəbəsində yerləşən Laçın rayon 46 saylı tam orta məktəbdəki qanunsuz işlərlə bağlı redaksiyamıza bir qrup laçınlı sakinlər tərəfindən ünvanlanan faktlara söykənən müraciət də bunları təsdiq edir. Sakinlərin verdiyi məlumata görə hələ qaçqınçılıqdan əvvəl laçın rayonunda məktəblərdən birində direktor vəzifəsində çalışan Şahlar Xəlilov törətdiyi əmələ görə vəzifədən uzaqlaşdırılmış və təhsildə arzuolunmaz şəxs statusu almışdır. Ancaq 2006-cı ildə Şahlar Xəlilov bütün əlaqələrini işə salır. Müxtəlif adamların əli ilə Elbrus Təhməzovla əlaqə yarada bilir.

    Tez bir zamanda icra başçısını aldadıb, yağlı vədlər verməklə təhsil şöbəsinə müdir təyinatı almağı bacarır. Çox keçmir ki, Elbrus Təhməzov haqqında yuxarılara qalaq-qalaq məlumatlar ötürülür. Bu minvlla Elbrus Təhməzovun da fərmanı verilir. Ramiz Cəbrayılovla Şahlar Xəlilovun əvvəlcədən hazırladıqları planları baş tutur. Və beləliklə də Ramiz Cəbrayılov Laçın rayonuna icra başçısı təyin olunur. 
    İki qohum meydanda birləşərək atlarını sağa-sola çapırlar. Korrupsiya və rüşvətə söykənən idarəçilik rayon sakinlərini hərəkətə gətirir. Laçınlıların şikayəti əsasında rayonda yoxlamalara start verilir. Rayon büdcəsində külli miqdarda yeyinti aşkarlanır. Bunun da çox hissəsi təhsilin payına düşür. Ramiz Cəbrayılov işlərin pis olduğunu görüb Şahlar Xlilovun onun başına bəla olacağını hiss edir. Amma, başa düşür ki, nə ediblərsə birlikdə edilib. Elə ona görə də Şahlar Xlilovu pensiya yaşına görə bir il də saxlamaq məcburiyyətində qalır. Dövlət qulluqçusu kimi yüksək məbləğdə penisya alsın deyə(600 manat) Ramiz Cəbrayılov bir il də gözləyir. Şahlar Xəlilovun dövlət qulluqçusu kimi penisya yaşı çatır. Bir ildən sonra Şahlar Xəlilovu təhsil şöbəsində müdir vəzifəsindən çıxardıb Binə Qəsəbəsində yerləşən 46 saylı tam orta məktəbə direktor vəzifəsinə təyin etdirir.

     Çox keçmir ki, Ramiz Cəbrayılovun cinayətlərinin miqyası genişlənir. Və günlərin birində hüquq-mühafizə orqanları tərəfindən saxlanılır və tezliklə də azad olunur. Cənab prezidentin fərmanı ilə vəzifədən uzaqlaşdırılır. Şahlar Xlilovun tükürpədici əməlləri barədə bilmək istəyirsinizsə bizi izləyin.

 

   Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

   (Ardı var)

 

 

    Kazım

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam