Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /
Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin QARANLIQ HESABI:
QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -
Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:
Günün xəbəri

Azərbaycanda məhkəmə hakimlərinin maaşları artırılır

 

 

Azərbaycanda məhkəmə hakimlərinin maaşı artılır

 

Yenixeber.org: Bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanunda dəyişiklik edilir.

Qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə edilən dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə 2280 manat həcmində maaş veriləcək. İndiyədək bu rəqəm 2070 olub.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində, yəni 2052 manat maaş alacaq.

Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində, 1 824 manat əmək haqqı alacaq.

Digər məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində, yəni 1 596 manat maaş nəzərdə tutulur.

Bütün məhkəmələrin sədr müavinləri müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində, yəni 1436 manat maaş alacaq.

Xatırladaq ki, Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində, bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilib.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin mayın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Dəyişikliyin mayın 1-dən tətbiq edilməsi nəzərtdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam