Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Azad Rəhimov “AzVirt”-in pulunu vermir?!: ÖZƏL

 

Şirkət “Formula 1” işindən almalı olduğu 177742, 29 manat “düyünə düşüb”

 

Xeberinfo.com:  Ötən ay Bakıda baş tutan və uğurla sonuclanan “Formula 1” Avropa Qran Prisi ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumat heç də bu yarışın təşkili, yaxud gedişatı və nəticələri ilə bağlı deyil. Burası əla. Amma,...

“Formula 1” yarışı ilə bağlı Gənclər və İdman Nazirliyi ilə “AzVirt” MMC arasında bağlanan müqavilə və sonucla bağlı ziddiyyətli məlumatlar almışıq. Belə ki, xeberinfo.com-a daxil olan məlumatda deyilir ki, “Formula 1” yarışı ilə bağlı Gənclər və İdman Nazirliyi ilə AzVirt MMC arasında 01 oktyabr 2015-ci ildə AZV-10-01/15 №-li müqavilə bağlanıb. Müqviləyə uyğun olaraq da, “AzVirt” üzərinə düşən işi yerinə yetirib. Buna baxmayaraq icra olunan işə görə nazirlik tərəfindən ödənilməli olan məbləğ isə bu günə qədər də qarşı tərəfə çatmır. Daha dəqiqi desək, ödənilməli olan məbləğdən 177742, 29 manat (Biryüz yetimişyeddimin yeddiyüzqırxiki m. iyirmidoqquz q.) Azad Rəhimovun rəhbərlik etdiyi nazirlikdə “ilişib qalıb”.

Məlumata görə, AzVirt MMC-nin rəhbərliyi şifahi olaraq dəfələrlə müraciət etsə də nəticə yoxdur. Şifahi müraciətin nəticəsiz qaldığını görən “AzVirt”-in direktoru K. Əliyev 05 iyul 2016-cı ildə gənclər və idman naziri Azad Rəhimova rəsmi məktub da ünvanlayıb...

Adının çəkilməsini istəməyən AzVirt MMC-nin məsul şəxsi bizimlə telefon əlaqəsində əvvəlcə bu məlumatı təkzib etdi. Lakin sonradan özü bizimlə telefon əlaqəsi saxlayıb, bütün bu faktları təsdiqlədi.

Gənclər və İdman Nazirliyi ilə əlaqə saxlamaq cəhdlərimiz isə nəticəsiz oldu.

“Formula 1” kimi ölkəmiz üçün əhəmiyyətli bir yarışla bağlı belə məlumatların meydana çıxması yumşaq desək ürəkaçan deyil. Maraqlıdır ki, hörmətli nazir Azad Rəhimov bütün çıxışlarında bu istiqamətdə xırda da olsa belə, problemin olmadığını bildirir. Bu da əlahəzrət fakt.

Mövzu diqqətimizdədir.

 

Aydın 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam