Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Xaçmazın yol gözləyən yolları: Saleh Məmmədovun bunları bilməsi vacibdir

 

Xaçmaz 5 saylı Yol İstismar İdarəsi varmı, yoxmu?

 

Xeberinfo.com: Xaçmaz rayonunda yolların bərbad olması nə yeni xəbər deyil, nə də təəccüblü sayılmamalıdır. Zatən ölkənin əksər rayonlarında yol (Oxu: yolsuzluq.) problem olaraq olub və var. Xaçmazda isə yol problemi müəyyən özəllikləri ilə diqqəti çəkir. Bu özəllilklər isə Xaçmazın turizm bölgəsi olması ilə bağlıdır. Daha çox narazılıq doğuran Xaçmaz-Xudat-Nabran yoludur. Hansı ki, turistlər də məhz bu yolu görməli olurlar. Bundan əlavə rayonun mərkəzi və kəndlərarası yollarla da bağlı xeberinfo.com-a narazılıq dolu məlumatlar daxil olub.

Xatırladım ki, Xaçmaz-Xudat-Nabran və Xudat-Yalama yolu ilə bağlı bir müddət öncə də mətbuatda yazılmışdı. Hətta bu yolda illərdir həllini gözləyən problemin varlığını Xaçmaz 5 saylı Yol İstismar İdarəsinin rəisi İskəndər Hacıyev də etiraf etmişdir: "Yol tikintisində bir qayda var. Hər 10 ildən bir yol əsaslı təmir olunmalıdır. Elə yol var 8 ildən sonra əsaslı təmir olunur, elə yol var 12 ildən sonra. Bu yol 46 ildir ki, xalqımıza xidmət edir. Bu müddətdə bir dəfə də olsun əsaslı təmir olunmayıb. 1969-cu ildə ən ağır maşın “Kraz” idi. Onun çəkisi 12 ton, yük götürmə qabiliyyəti də 12 ton idi. Bu da ümumilikdə 24 ton edirdi. İndi yollarda yüklə birlikdə təxminən 60 ton ağırlığı olan maşınlar hərəkət edir. İndi yollarda intensivlik də artıb. Bu yol o vaxt inşa olunanda  həmin dövrün intensivliyinə uyğun layihələndirilib".

Təəssüf ki, bugünə qədər də, bu yollar “yaddan çıxmaqdadır”. Biz də bu səbəbdən Xaçmazda olub, müəyyən araşdırmalar da apardıq. Rayon sakinləri ilə söhbətimizdən məlum olur ki, dəfələrlə  Xaçmaz 5 saylı Yol İstismar İdarəsinə və digər dövlət qurumlarına müraciət etsələr də problemin həlli istiqamətində addım atılmır ki, atılmır.

Xaçmaz-Xudat-Nabran yolu məlum əhəmiyyəti baxımından diqqəti çəksə də, sıradan çıxmaqda davam edir. Nə vaxtsa vurulmuş yamaqların da ancaq yeri görünür. (Qasnağı qopmuş yara kimi.) Bu yolda maşın sürənin “bir əli cibində olmalıdır”. Əks halda bir gün yolun yarısında qalmalı ola bilər.

Xudat-Yalama yolunda isə vəziyyət fərqlidir: bu yolda təmir işləri aparılır. Həm də əsaslı.

                                         

 

M.Ə.Rəsulzadə küçəsi                                  ***


 

Rayonun mərkəz yollarının dərdi isə bir dastanlıqdır. Bəri başdan deyim ki, Xaçmaz son illərdə abadlaşan, müsbət mənada simasını dəyişən rayonlardandır. Təəssüf ki, rayon mərkəzində bir-iki prospektdən başqa yollar haqqında eyni sözü demək mümkün deyil.  Rayonun mərkəz sayılan küçələrindən biri də M, Ə. Rəsulzadə küçəsidir. Şəkildən də gördüyünüz kimi, küçənin bu halı təkcə adını daşıdığı şəxsiyyətə, küçə sakinlərinə sayqısızlıq deyil, həm də başqa-başqa nəsnələrdən xəbər veriri...

İ. Qayıbov küçəsində də eyni, bir az da daha acınacaqlı durumdur. Bu küçə ümumiyyətlə yaradılışından asfalt üzünə həsrət qalıb. Yayda toz-torpaq, qışda palçıq küçə sakinlərinin “öz dərdlərini yaddan çıxarır”.

İnanmaq istəmirik ki, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun bütün bunlardan məlumatı olmuş olsun. İnsafən son zamanlar bu qurum cənab Məmmədovun rəhbərliyi ilə ən işlək dövlət qurumlarından birinə çevrilib. Amma, Saleh Məmmədovun bunları da bilməsi vacibdir. Belə məlum olur ki, Xaçmaz 5 saylı Yol İstismar İdarəsinin rəisi İskəndər Hacıyev isə bu həqiqətləri ya bilmir, ya da bilmək istəmir. Rayon sakinləri də bilmirlər ki, Xaçmazda Yol İstismar İdarəsi varmı, yoxmu?

 

 

Yeri gəlmişkən biz xaçmazlıların yol dərdi ilə bağlı İskəndər Hacıyevi də dinləmək istədik. Katibə xanım rəisin Bakıda olduğunu və qayıtma zamanının bəlli olmadığını bildirdi. Sonrakı cəhdlərimizdə də eyni cavabı aldıq. Elə həmsöhbət olduğumuz rayon sakinləri də İskəndər Hacıyevin iş başında tapılmadığını, ayın yarıdan çoxunu paytaxtda “özəl işlərlə” uğraşdığını dedilər...

İdarənin həyətində diqqətimizi çəkən isə olan-qalan 5-6 texnikanın yararsız halı oldu. Həm də görünürdü ki, bu heç də yeni mənzərə deyil.

Olsun, biz qarşıdakı günlərdə Xaçmazın rayon mərkəzindəki digər küçələr və kəndlərarası yollarla bağlı yazmağa çalışacağıq.

 

                                                ***

 

İndicə-saat 15:25-də- redaksiyamızın elektron poçtuna bu yazı ilə bağlı “Azəravtoyol” ASC-dən cavab gəldi: Sizin 12 iyul tarixli “Xaçmazın yol gözləyən yolları: Saleh Məmmədovun bunları bilməsi vacibdir “ başlıqlı məqalə ilə bağlı bildirmək istəyirik ki, Xaçmaz-Xudat və Xudat-Nabran avtomobil yollarının əsaslı şəkildə təmir edilməsi nəzərdə tutulub. Sadəcə yay aylarında orda hərəkətin daha intensiv olması səbəbi ilə təmir-bərpa işləri aparılması qeyri-mümkündür. O ki, qaldı Xaçmaz rayonun daxili küçələrinin təmirsiz olmasına buna görə “Azəravtoyol” ASC deyil, yerli icra hakimiyyəti strukturları cavabdehdir.

 

                                                ***

Xaçmaz 5 saylı Yol İstismar İdarəsinin “cavab”ı isə “Azəravtoyol” ASC-dən fərqli oldu. Özünü katibə deyil, kadrların rəisi kimi təqdim edən xanım bizə təhdidlərlə dolu “ağıl verdi”. (Baş redaktorumuzun mobil telefonuna zəng edərək.) Sən demə biz kim imişik ki, bu xanımın işlədiyi idarədən və onun rəisindən “yalanlar” yazıb da internetə yerləşdirək(?)

 

Əslində bu da bizim üçün təəccüblü deyil. Təəssüf ki, hələ də mətbuatla “işləməyin” bu yoluna üstünlük verən səlahiyyət sahiblərimiz var. Yaxşı olardı ki, hörmətli İskəndər Hacıyev telefonla da olsa yazıda toxunduğumuz detallara aydınlıq gətirərdi.  

 

Arif


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam