Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Daha bir iş adamı “Beynəlxalq Bank işi”nin “qurbanı” ola bilər: ÖZƏL

             

Cahangir Hacıyevlə  “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətini hansı maraqlar bağlayıb?

 

Xeberinfo.com: Azərbaycan Beynəlxalq Bankında (ABB) baş vermiş maliyyə cinayətləri ilə bağlı istintaq sona yaxınlaşmaqdadır. Redaksiyamıza daxil olan məlumata görə, iki aydan sonra istintaq materiallarının məhkəməyə göndərilməsi, sentyabr ayında isə məhkəmə prosesinin başlanması nəzərdə tutulur. İstintaq prosesinin yekunlaşma ərəfəsində olması müstəntiqləri daha çevik tədbir həyata keçirməyə vadar edir. Buna görə də son zamanlar Azərbaycan Beynəlxalq Bankındakı maliyyə fırıldağına az-çox aidiyyatı olan bütün şirkət rəhbərləri istintaqa cəlb olunur.

Bu arada xeberinfo.com-a daxil olan məlumata görə istintaqın ilk günündən diqqəti çəkən şəxslərdən biri də “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin icracı direktoru Nuran Kərimov olub. Bu şirkət ABB-nin auiditini həyata keçirib. Cinayət işinin istintaqında şirkətin rəhbərliyinə və auiditlərinə qarşı çoxsaylı suallar var. Maraqlı məqamların sırasında “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin ABB-da apardığı auiditin nıticələri, eləcə də Bankdan MMC-yə külli miqdarda pul köçürülməsi faktları var...

Bu detallar kifayət qədər ciddidir. Belə ki, Azərbaycan Beynəlxalq Bankın “kənar auidit xidmətləri” üçün “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinə çox böyük miqdarda, 400 min manata yaxın pul köçürməsi iddiaları var. Hətta bu məbləğin yarım milyon manat olduğu da deyilir. İndi istintaq şirkətin xidmətinin belə yüksək qiymətləndirilməsinin səbəblərini, eləcə də “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin apardığı auiditin nəticələrini araşdırır. İddialara görə, “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin icracı direktoru Nuran Kərimova da əsasən bununla bağlı suallar verilib.

Məlumata görə, Cahangir Hacıyevin “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətini seçməsi heç də təsadüf deyil. Bu şirkətin rəhbəri Nuran Kərimovla sabiq bankirin qohumluq əlaqəsi olduğu bildirilir.

Yazını hazırlayarkən Nuran Kərimovla əlaqə saxlayıb, onu da dinləmək istədik. Yazı ilə tanış olmaq istədiyini bildirdi. Bu səbəbdən də dünən yazını cənab Kərimovun elektron poçtuna da ünvanladıq. Bu gün bizimlə telefon əlaqəsi saxlayan Nuran Kərimovun cavabı qısa oldu: “Barəmdə yazılanlar həqiqət deyil. Yoxlamada olanlar haqqında isə heç nə deyə bilmərəm”

 Mövzunu diqqətimizdədir.

 

Sadiq

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam