Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -PREZİDENTƏ MÜRACİƏT/YENİLƏNDİ

...Ramiz Mehdiyevin ən yaxın adamlarından biri olan "SədərəkYusif"in Kür çayında törətdiyi ekoloji cinayəti görməzdən gəlir. Məncə,bu məsələnin ciddi şəkildə araşdırılımasına ehtiyac var.

Bu iddia “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Mingəçevir şəhər filialının sədri, 1-ci Qarabağ müharibəsinin əlili Oktay Cəfərov tərəfindən cənb prezidentə ünvanlanmış və bir surəti də Yenixeber.org-a daxil olmuş müraciətdə yer alır. Biz bu və digər iddialarla bağlı qarşı tərəfi də, dinləmək istədik, təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu...

Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə müraciəti dərc edirik: 

İcra Hakimiyyəti: "Qazi icra başçısına təzyiq göstərmək istəyir"

                       Oktay Cəfərov

Müzəffər Ali Baş komandan,möhtərəm cənab İlham Əliyev, mən Cəfərov Oktay “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Mingəçevir şəhər filialının sədri, 1-ci Qarabağ müharibəsinin əlili kimi Sizə müraciət edirəm. Müraciətimin səbəbi Mingəçevir şəhərində üzləşdiyim məmur özbaşınalığıdır. Konkret desəm,şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılovun uzun müddətdir ki, mənə qarşı apardığı qərəzli kampaniyadır. Diqqətinizə çatdırım ki, bu şəxs heç vaxt Qarabağ müharibəsinin iştirakçılarını, qaziləri, Şəhid ailələrini sevməyib,onlara hörmətlə yanaşmayıb. Sadəcə foto və videoçəkilşlərlə görüntü yaradıb. Heç vaxt bizə qarşı  səmimi olmayıb. Sanki bu adamda müharibə iştirakçılarına qarşı natamamlıq kompleksi var. Yəqin ki, səbəbini yalnız özü bilir.

Möhtərəm cənab Prezident, keçmək istəyirəm müraciətimin əsas hissəsinə. Öncə qeyd edim ki,icra başçısı İlham İsmayılov sifarişi ilə saxta profillər üzərindən haqqını tələb edən qazilərə qaraşı qarayaxma kampaniyası apartdırır. Son qurbanlar isə mən və 2-ci Qarabağ müharibəsinin qazisi Anar Mehdiyevdir. Artıq bununla bağlı hüquq-mühafizə orqanlarına rəsmi qaydada müraciət etmişik. İcra başçısı İlham İsmayılov müharibə iştirakçılarının, qazilərin, Əfqanıstan veteranlarının kiçik sahibkarlıq fəaliyyəti ilə məğul olmasına hər cəhdlə mane olur. Bələdiyyə sədrinə təzyiq göstərir ki, bizimlə hər-hansı bir mövsümü icarə müqaviləsi bağlamasın.

  Möhtərəm cənab Prezident,tapşırığınız əsasında kiçik bir araşdırma aparılarsa, məlum olacaq ki, ən çox polisə, prokurorluğa, məhkəməyə verilən kiçik sahibkarlar Mingəçevirdədir. İlham İsmayılov haqqını tələb edən insanları həbs etdirməklə təhdid edir. Sağ olsun şəhərimizin hüquq-mühafizə orqanları ki, onun qanunsuz tələblərini icra etmirlər və hər şeyə ədalətlə, qanun çərçivəsində yanaşırlar. Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və ya olmaq istəyənlər İlham İsmayılovun təzyiqləri,təhdidləri ilə üzləşirlər. Bu gün Mingəçevir məhkəməsinə verilən onlarala sahibkar var. Ancaq bu şəhərə külli miqdarda ziyan vuran, ekologiyanı göz görə-görə məhv edən Qədiroğluna və "Sədərək Yusif"ə gözün üstə qaşın var deyən yoxdur. Əksinə,icra başçısı hər addımda onları müdafiə edir, açıq şəkildə onların cinayət tərkibli əməllərinə göz yumur. Burada söhbət ağacların kütləvi kəsilməsindən, Kür çayının ekoloji terrora mərzu qalmasından və qanunsuz tikililərdən gedir. Baxmyaraq ki, "Sədərk Yusif" dövlətimizə xəyant edən Ramiz Mehdiyevin biznes ortağıdır. Necə olur ki, icra başçısı oktyabrın 29-da keçirdiyi şura iclasında xeyli sayda insanın işlədiyi Balıq zavodunu əsassız olaraq hədəfə alır, anacaq Ramiz Mehdiyevin ən yaxın adamlarından biri olan "SədərəkYusif"in Kür çayında törətdiyi ekoloji cinayəti görməzdən gəlir. Məncə,bu məsələnin ciddi şəkildə araşdırılımasına ehtiyac var.

 Möhtərəm cənab Prezident, Siz sonucu dəfə icra başçılarını qəbul edib onlara tapşırıq verdiniz ki, bölgələrdə sahibkarlıq fəaliyyətinə dəstək olun, iş yerlərinin açılmasını təmin edin. Budan sonra guya icra başçısı İlham İsmayılov sahibkarlara şərait yardır adı altında yaşayış binalarının birinci mərtəbələrini ticarət məqsədi ilə istifadə olunmasına kütləvi icazə verdi(?). Hansı ki, həmin binaların sakinlərinin həyatı təhlükəyə atılıb. Məlumata görə ilkin mərhələdə həmin otaqların təyinatının dəyişdirilməsi üçün Fövqəladə Hallar nazirliyinin müvafiq idarəsinin rəyi və icazəsi yoxdur. Necə olur ki,H.Əliyev prospektində yaşayış binlarının tən ortasında, məhəllənin içində “Balıq evi”nin və yaşayış binasının balkonunun düz 2 metrliyində otel tikintisinə icazə verir. Amma mənə və mənim kimi yüzlərlə imtiyazlı və imkansız insanlara qarşı təzyiqlər edir. Yəqin ki, Sizə etdiyim bu müraciətdən sonra da trolları və əlaltıları vasitəsi ilə mənə qarşı genişmiqyaslı hücumlara, təhdidlərə başlayacaq.

   Möhtərəm cənab Prezident, mən 2021-2023-cü illərdə də dəfələrlə yuxarlara yazmışam ki, bu şəxs üzərinə düşən vəzifələri yerinə yetirmir. Şəxsən mən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun bu dövlətə, bu xalqa və Mingəçevir sakinlərinə ürəkdən xidmət etməsinə inanmıram. Çünki hər il istirahət üçün pullarını xərclədiyi Rusiyanı, rusları, ölkəmizdəki ruspərəstləri sevən adam heç vaxt Sizi və bizi sevə bilməz,heç vaxt şəffaf işləyə bilməz.

     Möhtərəm cənab Prezident,çoxsaylı qazilər adından Sizdən xahiş edirəm ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun əslində kimlərə xidmət etdiyini müəyyən etmək, qanunsuz əməllərinə son vermək üçün onun fəaliyyətinin vicdanlı şəxslər tərəfindən araşdırılması məqsədi ilə göstəriş verəsiniz və bu şəxsin cəzalandırlmasını təmin edəsiniz. Biz Sizə hər zaman inanmışıq,g üvənmişik və yanınızda olmuşuq.

 Diqqətinizə görə əvvəlcədən təşkkür edirəm!

          ***

Yazıda yer alan iddialarla bağlı bu gün (24.11.2025) saaat 15:15-də Mingəçevir Şəhər Bələdiyyəsinin mövqeyi redaksiyamıza daxil oldu. Bələdiyyənin cavab məktubunda yazıda yer alan iddialar əsassız sayılır və təkzib edilir. Xatırladaq ki, biz yazı dərc edilməzdən əvvəl də, qarşı tərəfi dinləmək istəmişdik. Təəssüf ki, buna nail ola bilmədik..

 Biz Yenixeber.org olaraq, məlum qanun və prinsiplərə uyğun, qarşı tərəfin mövqeyini olduğu kimi dərc edirik:

“Yenixeber.org” informasiya portalı “Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Mingəçevir şəhər filialının sədri Oktay Cəfərovun müraciətini dərc edib. Portal müraciətdəki faktları dəqiqləşdirmədən, qarşı tərəfin mövqeyini dinləmədən, heç bir araşdırma aparmadan yazını saytda yerləşdirib. Guya şəhər İcra Hakimiyyətinin başçısı qazilərin, veteranların sahibkarlıqla məşğul olmasına mane olur, bələdiyyə sədrinə təzyiq göstərir ki, onlarla mövsümi müqavilə bağlamasın. Bu iddialar tamamilə yalandır. Şəhər İcra Hakimiyyətinin başçısı bələdiyyə sədrinə təzyiq etmir. Bələdiyyə müstəqil fəaliyyət  göstərən, seçki ilə formalaşan yerli özünüidarəetmə orqanıdır, qərarlarını bələdiyyə üzvlərinin iştirakı ilə keçirilən iclaslarda qəbul edir.

Bələdiyyə Qanunla vətəndaşlarla mövsümi müqavilə bağlaya bilər. Həmin müqavilə mayın 1-dən sentyabrın 1-ə kimi dörd ay üçün bağlanılır. Hazırda mövsüm dövrü deyil. Ona görə də “Sahilparkında və digər ərazilərdə sahibkarlıqla məşğul olmaq üçün heç kimlə mövsümi müqavilə bağlanmayıb.

May ayının 1-dən bələdiyyə mülkiyyətində olan xüsusi ayrılmış torpaq sahələrində mövsümi ictimai-iaşə və digər xidmətlər göstərilməsi üçün müqavilələr bağlanacaqdır. Müqavilələr bağlanarkən şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara üstünlük verilir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam