Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

1,5 milyon manat rüşvət alan nazir müavini niyə vəzifədə saxlanılır?

1,5 milyon manat rüşvət alan nazir müavini niyə vəzifədə saxlanılır?

 

“Rabitə çetesi”nin məhkəməsində verilən ifadələr dəhşət saçır; Aslan İsmayılov: “”Sprut“da da belə səhnələr olmayıb“

 

Xeberinfo.com:   MTN işi üzrə tutulan “rabitə çetesi”nin üzvlərinin məhkəməsində müttəhimlərin və şahidlərin verdiyi bir sıra ifadələrdən heyrətə gəlməmək mümkün deyil. Məsələn, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynov istintaqa ifadəsində nazir müavini İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini deyib. 
 
B.Hüseynovun dediyinə görə, həmin pul BTRİB-in və nazirliyin digər strukturlarının vəzifəli şəxslərinin xərclərin şişirdilməsi, mənimsəmə və digər korrupsiya əməlləri nəticəsində keçmiş nazir Əli Abbasovun formalaşdırdığı “obşiy katyol”a topladıqları pullardan verilib. 
 
İltimas Məmmədov barəsində məhkəmədə və istintaqda səsləndirilən ittihamlara cavab vermək əvəzinə medianın bu barədə suallarına susmaqla qarşılıq  verir. İ.Məmmədov ittihamlarla bağlı danışmaq niyyətində olmadığını deyib. 
Özü isə hələ də rabitə və yüksək texnologiyalar nazirinin müavini işləyir. Haqqında bu qədər ciddi rüşvət ittihamı səslənən bir məmur vəzifədən dərhal çıxarılmalı və həmin ifadələrlə bağlı hüquqi araşdırmalar aparılmalı deyilmi?
Müsavat Partiyası Divanının üzvü, hüquqşünas Razim Əmiraslanlı bildirdi ki, MTN işi ilə bağlı gedən məhkəmə prosesi cəmiyyətdə diqqətlə və hiddətlə izlənir. Bu məhkəmə prosesi göstərdi ki, ayrı-ayrı nazirliklər və vəzifəli şəxslər hansısa səviyyədə korrupsiyaya bulaşıblar, ölkənin varidatını necə talan ediblər. Bu bandanın hələ xeyli hissəsi azadlıqdadır, ən dəhşətlisi isə odur ki, hətta yüksək vəzifələrdə hələ də işləyənlər var: “Rabitə Nazirliyinin özündə fəaliyyət göstərən cinayətkar dəstə keçmiş MTN-dəki bandaya xüsusi dəstək verib. Respublika Prokurorluğunun yaydığı açıqlamada da göstərilir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, onun tabeçiliyində olan müəssisə və şirkətlərdə büdcə vəsaitlərinin talanması üçün çoxsaylı korrupsiya sxemləri həyata keçirilib. Dövlət əmlakının sistemli şəkildə mənimsənilməsi və israf etmə yolu ilə talanması üçün rollar bölüşdürülməklə, ayrı-ayrı vəzifəli şəxslərdən ibarət korrupsiya şəbəkəsi təşkil olunub. 
Image result for Beytulla Hüseynov
Məhkəmədə verilən ifadələrdə adı korrupsiya və rüşvətə bulaşmış şəxslər olaraq çəkilən hər bir şəxs məsuliyyətə cəlb olunmalıdır. Böyük bir idarəyə rəhbərlik etmiş Beytulla Hüseynovun hələ də nazir müavini işləyən İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon verdiyi barədə ifadəsi kifayət edir ki, bu ifadə əsasında araşdırma başladılsın və cinayət işi açılsın. Cinayət işinin istintaqına yüksək vəzifəli şəxsin vəzifəsindən istifadə edərək müdaxilə etməməsi üçün İltimas Məmmədov dərhal işdən azad edilməlidir. Beytulla Hüseynovun ifadəsində dedikləri sübuta yetirildiyi halda isə İltimas Məmmədov həbs edilməlidir.  

Artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir çox vəzifəli şəxslərinə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə (külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı) ittiham irəli sürülüb, məhkəmə gedir. Lakin açıq-aydın görünür ki, cinayət məsuliyyətinə cəlb edilməli şəxslərin sayı daha çoxdur. Bu çetenin üzvü olub, hələ də azadlıqda və eyni zamanda vəzifədə olan şəxslər barədə də istintaq orqanları araşdırma aparıb tədbirlər görməlidir. Dövlətin on milyonlarla manatını talamış bu adamların azadlıqda saxlanması vəzifədə olan digər insanların arxayınlaşması və korrupsiya ilə məşğul olmasına stimul verən amillərdəndir".
Image result for Vəkil Aslan İsmayılov
Vəkil Aslan İsmayılov isə bildirib ki, məşhur italyan filmi olan “Sprut”da da belə səhnələr olmayıb. Oradakı insanlar cinayətkar olduqlarını etiraf edirlər. Bizimkilər isə özlərini mələk kimi aparır: “Mətbuatın yaydığı ”Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin həbsdə olan baş direktoru Hüseynov Beytulla İbrahim oğlunun ifadəsində deyilir ki, hazırda Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin müavini işləyən İltimas Məmmədov ev tikintisi üçün “kotyoldan” 1,5 milyon manat alıb. İltimas Məmmədov isə dərhal təkzib edib ki, 1,5 milyon almayıb. Sadəcə, hər ay “kotyol”dan 30 min manat alıb. Bunların ifadələri də cinayətkar aləmin leksikonuna uyğundur.
Azərbaycanda korrupsiya az qala idarəetmə formasıdır. Məhz bu səbəbdən də korrupsiya faktlarına reaksiya verilmir. Qanuna azacıq riayət olunsa, Azərbaycanda istənilən məmuru həbsə atmaq mümkündür".(Musavat.com)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam