Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Eldar Mahmudov Fərhad Əliyevin kamerasına salındı - məşhur 48-ci kameraya: ÖZƏL

        

 

  Azərbaycan MTN xarici mətbuat səhifələrində

 

  Xeberinfo.com:   MTN ilə bağlı olaylar Azərbaycanın təhlükəsizlik sistemində marağı olan ölkələrin mətbuat səhifələrindən və radioların efirindən düşmür. Məlumata görə həm 80-ci illərdə (OBXSS-də fəaliyyəti), həm də MTN-də işlədiyi vaxt yığdığı sərvəti bir gündə itirən keçmiş nazir “Alman dalğası”nın verdiyi xəbərə görə MTN-nin 48 saylı təcridxanasına göndərilib. Vaxtilə burada çevrilişdə ittiham olunan eks ıiqtisadi inkişaf naziri Fərhad Əliyev saxlanılırdı.

“Miami Herald” (ABŞ) qəzeti daha sonra iddia edir ki, MTN hadisələri insanlar arasında psixoloji gərginliyi artırıb, insanlarda hüquq-mühafizə sisteminə qarşı bir ümidsizlik yaranıb.

MTN-nə dəvət isə hələ başlanılmayıb. Şübhəsiz, bəzi boş yerlərə keçmişdə ad-san qazanmış, lakin işdən qovulmuşlar dəvət alıblar. Lakin iş bununla bitmir. MTN-nin kəşfiyyat qolu cəmiyyətdə nüfuzunu itirmiş bir idarəyə bənzəyir. Məsələn, orada çalışanların bir neçəsilə söhbətləşən “Əl-Cəzirə” TV-nin Moskva bürosunun əməkdaşı L.Kraçev məlumat verir ki, bu adamların Azərbaycanın itirilmiş torpaqlarından xəbərləri yoxdur...

P.S. “Miali Herald” qəzetinə xatırlatmaq yerinə düşər ki, MTN təkcə E.Mahmudov və onun dəstəsindən ilbarət deyil. Obyektiv olun, cənablar. Azərbaycan MTN-nin keçmiş əməkdaşları arasında sizin sığındığınız MKİ-nin əməkdaşlarından on dəfə çox bilgiyə və savada malik insanlar olub. Onlar bu gün də var, vətən və millət naminə qayıdacaqlar, ABŞ-da nəşr olunan “Nev-York Post” qəzeti isə özünün icmalarında iddia edir ki, Azərbaycan MTN-ində ciddi yoxlamalar başlanıb. Məlum olub ki, nazirliyin kəşfiyyat xəttilə xaricə göndərilmiş əməkdaşlarından bir neçəsi artıq xidmət etdikləri ölkələrin XİN-nə sığınacaq üçün müraciət ediblər. Məsələn, belə hallar Norveç, Böyük Britaniya, İtaliya kimi ölkələrdə də qeydə alınıb. Görünür MTN-nin kəşfiyyat idarəsi bütün bunlara cavab vermək üçün ağır və çıxılmaz yollardadır.

P.S. Xarici mətbuatın belə təhlillərinə adi baxıram. Tarixə nəzər salın. Özü də yaxın tarixə. Məsələn Ağ Ev-in cəmiyyət üçün 90-cı illərdə hazırladığı hesabatlara nəzər salın. Təkcə 1990-1995-ci illər ərzində ABŞ-ın 17 kəşfiyyatçısı işlədiyi xarici ölkələrdən sığınacaq istəyib. Qaldı Azərbaycanın kəşfiyyat xidmətinə, onunla bağlı müəyyən qərarların olacağına şübhə etmirik.

Araşdırma materiallarına görə ABŞ-da nəşr olunan “Nev-York Times”, “Nev-York Tribune” qəzetlərində, ermənilərin yaşadıqları Los-Ancelsdə nəşr olunan mətbuat səhifələrində Azərbaycan MTN-nin idarə və şöbələrilə bağlı ciddi arqumentlər irəli sürülür.

Fransada çap olunan “Liberte” qəzeti isə yazır ki, Azərbaycan MTN-də baş verənlər ciddi və qorxunc məsələdir. Ölkə çevrilişin bir addımlığında idi. Nazirliyə doldurulmuş E.Mahmudovun adamları arasında artıq son hazırlıq işləri gedirdi... Nə üçün bu baş verdi? Çünki MTN özünü xeyli müstəqil formada göstərirdi. Ona heç yerdən nəzarət yox idi. Nəzarət rıçaqları işləmirdi.

Ölkə başçısı isə hələ də inanırdı... Ona qulaq asırdılar. Məlumata görə 2015-ci ilin fevralında Azərbaycan MTN qeyri-qanuni dinləmələr və qulaqasmalar üçün ABŞ-dan 82 milyon dollarlıq avadanlıq almışdı. Bu dinləmə qurğuları vasitəsilə istənilən şəxsi, evi... dinləmək mümkün idi. Bildiyimizə görə istintaq orqanları təkcə 2015-ci il üçün əldə olunan altı yüz 40 səhifəlik materialı araşdırır. Bu dinləmə materialları ölkə başçısının nəzarətindədi.

Böyük Britaniyada nəşr olunan “Daily Mail” qəzeti isə  materiallarında iddai edir ki, MTN-nin yeni rəhbərliyi keçmiş nazirlə əməkdaşlıq edən və özünü bilavasitə onun kadrı hesab edən generalları, digər rütbə sahiblərini də işdən uzaqlaşdıracaq. Çünki E.Mahmudovun kadrlarının böyük qrupu kriminal aləmlə sıx təmasda olublar.

Sənədlərdə “İŞİD”ə qarşı amansız mövqe nümayiş etdirən Azərbaycan MTN indiyədək ərazidəki “İŞİD”ə yardımçı olan dövlətlərin adlarını açıqlamayıb.

Araşdırma materiallarına görə ölkədə çap olunan “Daily Mail” qəzeti də Azərbaycan MTN-də baş verən məsələlərlə şərhlər verir. Qəzet qeyd edir ki, təıhlükəsizlik sistemi sınmış ölkə ilə bütün bağlanmış müqavilələrə yenidən baxılmalıdır.

Azərbaycanda ölkə başçısının 17 oktyabr 2015-ci il tarixli sərəncamı ölkədə geniş müzakirə olunmaqdadır. Çünkü hələlik bağlı qalan çox ciddi problemlər var.

 

Rövşən Novruzoğlu

 

MTN-nin keçmiş zabiti, ekspert.     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam