Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əli Abbasov nəzarətə götürülüb!: ÖZƏL

 

 Sabiq nazirə ölkədən çıxmaq yasaqlanıb

 

Xeberinfo.com:   Dövlət başçısının məlum sərəncamı ilə dünən vəzifəsindən azad olunan Rabitə və Yüksək Texnologiyalar (RYTN) naziri Əli Abbasovla bağlı yeni məlumat almışıq. Özəl mənbədən xeberinfo.com-a daxil olan məlumata görə artıq sabiq nazir nəzarətə götürülüb və ölkədən çıxması yasaqlanıb. O “Rabitəçilərin işi” ilə bağlı istintaqa cəlb olunub və ciddi suallarla qarşılaşacağı gözlənilir.  Məlumata görə cənab Abbasovla bağlı bu zərurət Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin həbsdə olan rəisi Beytulla Hüseynov və nazirliyin həbsdə olan aparat rəhbəri Vidadi Zeynalovun ifadələrindən doğub. Söhbət təkcə MTN-nin məlum dinləmələrindən getmir. Əli Abbasov rəhbərlik etdiyi qurumda yol verilmiş ciddi korrupsiya faktları ilə də bağlı sualları cavablandırmalı olacaq... Onun həbs olunacağı da verilən məlumatlar sırasındadır. 

 

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin ilkin araşdırmaları nəticəsində RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyət aşkar olunub. Mənimsəmələrdə MTN “generalları”nın da yaxından iştirak etməsi isə məsələnin aktuallığını artırıb.

 

 

Xalid


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam