Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vasif Talıbovun “qara kassası” - Azər Zeynalovun mülklərinin fotoları yayıldı - DE-FAKTO

Yenixeber.org: Naxçıvanda gedən proseslər ölkə gündəminin ən aktual mövzusuna çevrilib. Dövlət Təhlükəsizliyi Xidmətinin muxtar respublikada keçirdiyi əməliyyatlardan sonra külli miqdarda mənimsəmə faktları ortaya çıxarıldı və silsilə həbslər oldu. İndiyədək Naxçıvanın ləğv edilmiş Dövlət Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərov, muxtar respublikanın maliyyə naziri Rafael Əliyev və  Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib. Bu şəxslərin 500 milyon manata yaxın vəsaiti mənimsədiyi açıqlanıb. Bu, çox ciddi rəqəmdir. Əlbəttə ki, bu qədər vəsaiti həbs edilən adamların tək mənimsəməsini düşünmək sadəlövhlük olar.

Naxçıvanda uzun illərdir, korrupsiya, mənimsəmə mexanizmi qurulmuşdu. Muxtar respublikada korrupsiyanın, dövlət vəsaitinin mənimsənilməsi üçün qurulun sistemin başında duran məmurlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovdur. Gənc yaşlarından Vasif Talıbovun yanında çalışan, onun bütün qeyri-qanuni göstərişərini icra edən Azər Zeynalovun o vəzifədə qalması doğru deyildir. Vasif Talıbovla bərabər o da istefa verməli və cəzalandırılmalıdır.

Sosial şəbəkələrdə Azər Zeynalova məxsus olduğu bildirilən milyonluq mülklərin fotoları yayılıb. Bu faktlar Zeynalovun Naxçıvanda çirkaba bulaşmış, dövlət vəsaitlərini mənimsəyən, korrupsiya ilə məşğul olan məmurlardan olduğu faktını təsdiqləyir.

Təhlükəsizlik səbəbindən adını açıqlamadığımız Naxçıvanın yüksək vəzifəli məmuru əməkdaşımıza bildirib ki, Azər Zeynalov Vasif Talıbovun “qara kassası”dır. Muxtar respublikadakı əksər məmurlar hər ayın sonunda Azər Zeynalovun kabinetində “hesabat” verirdilər. Naxçıvanın nazirlərindən tutmuş xəstəxana baş həkimlərinə qədər hər kəs büdcədən oğurladıqları, rüşvət kimi aldıqları vəsaiti Azər Zeynalova çatdırırdılar. Deməli, Naxçıvanda qayda belə imiş. Məmurlar qeyri-leqal yollarla əldə etdikləri vəsaiti Azər Zeynalova verir, birinci müavin isə gətirilən vəsaitin 20 faizini həmin məmura qaytarırmış. Bütün məmurlardan yığılan pulların isə 20 faizi sonda xan tərəfindən Azər Zeynalova verilirmiş.

Vasif Talıbovun tam etibarını qazandığından Azər Zeynalova muxtar respublikada “gözün üstə qaşın var” deyən olmayıb. O da bu etibardan istifadə edərək fantastik sərvətə sahib olub. İndi Azər Zeynalovun mülklərinin, obyektlərinin sayı hesabı yoxdur. Təkcə Naxçıvan Üzgüçülük Mərkəzinin arxasındakı ərazidə Azər Zeynalova məxsus bir neçə malikanə var, bir villa isə yeni tikilir.

Bundan başqa, Naxçıvanın Gənclər və İdman Nazirliyinin yaxınlığındakı ərazidə Zeynalova məxsus 4 mərtəbəli bina, elə həmin məhəllədə böyük bir villa var.

Naxçıvanın məşhur “Dörd fəsil” restoranı, “Dəyirmançı” restoranlar şəbəkəsi, Şərur şəhərindəki “Vağzalı” şadlıq sarayı da Azər Zeynalova məxsusdur.

Azər Zeynalovun qardaş Müşfiq Zeynalovun nəzarət etdiyi avtomobil servisi də Zeynalovlara hər ay yüz min manatlar qazandırır. Çünki Naxçıvandakı dövlət təşkilatlarının və məmurların bir hissəsi öz avtomobillərini baha qiymətə bu servisdə təmir etdirməli idilər. Niyə bir hissəsi, çünki əksər avtomobillərin təmir işi Talıbovlar ailəsinə məxus olan “Cahan” servisdə aparılırdı.

Azər Zeynalovun sərvətləri, qanunsuz əməlləri ilə bağlı redaksiyamızda hazırlanan geniş yazını yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.(TNS)

Hələlik isə sosial şəbəkələrdə yayılan fotoları təqdim edirik:

320537236_703961337765265_8574252538640125164_n

Naxçıvan şəhərində dördmərtəbəli yataqxana binası

320553137_1543832736086222_1330860409885124646_n

Naxçıvan şəhərində Azər Zeynalovun oğluna məxsus villa

320566745_965234264456791_4664869493786995124_n

Naxçıvan şəhərində Azər Zeynalovun ailəsinə məxsus olan və tikintisi davam etdirilən villa

9514767d-ec72-403b-9ad0-f46cd76f1786

Şərur şəhərində "Vağzalı" şadlıq sarayı

7_71653646672

Babək rayonu ərazisində "Dörd fəsil" restoranı

deyirmanci

Naxçıvan şəhərində "Dəyirmançı" restoranı

320521602_852375485814389_5838996245115021910_n

Naxçıvan şəhərində avtomobil servisi

61d8d0a8-a62b-40b7-8cba-106e5988ec37

Şərur şəhərində ev

indir

Naxçıvan şəhərində "İstedad" kurslarının binası


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam