Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ukrayna Rusiyanın itkilərini açıqladı -12 min hərbçi

Ukrayna Rusiyanın itkilərini açıqladı -    12 min hərbçi   
Ukrayna Rusiya ordusunun verdiyi itkilərlə bağlı statistikanı açıqlayıb. 
Yenixeber.org: Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda 12 gündür davam edən müharibədə qarşı tərəfin böyük itkilər verdiyi açıqlanıb.
- Bu müddət ərzində Ukrayna Silahlı Qüvvələri 12 min ə yaxın işğalçını məhv edib. Düşmənin ümumi döyüş itkiləri isə belədir:

Təxminən 12 min hərbçi, 30 3 tank, 1036 zirehli döyüş maşınları, 120
artilleriya sistemləri, 56 MLRS.

Bundan başqa, digər itkilərin statistikası isə belədir: hava hücumundan müdafiə sistemləri - 2 7 , təyyarə - 48 , helikopterlər - 80 ədəd, avtomobil texnikaları - 474 , gəmi və ya qayıqlar - 3 ədəd, yanacaq və sürtkü materialları daşıyan çənlər- 60 , PUA - 7. Ümumilikdə bütün məlumatlar operativ şəkildə dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir. Baş Qərargah ukraynalıları yalnız etibarlı mənbələrə etibar etməyə, panikaya düşməməyə və ümumi müqaviməti davam etdirməyə çağırır, - yerli media yazıb.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üç raundu fevralın 28-i, martın 3-ü və 7-də Belarus ərazisində baş tutub. İkinci raundda tərəflər vətəndaşların təxliyyəsi, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər. Danışıqların dördüncü raundu yaxın gələcəkdə baş tutacağı bildiriir.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Prezident Vladimir Putin məqsədinin “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” olduğunu açıqlayıb. Müharibə "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi adı altında aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam