Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“AVROPADA SÜLHÜN SON ŞANSI” –Putinin “vazkeçilməz” təklifləri Qərbi çətinə salıb

Rusiya NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq üçün müxtəlif variantlardan istifadə edir. Valdimir Putin Ukrayna sərhədi yaxınlığına qoşun yığmaqla təkcə əzələ nümayiş etdirmir, həm də real addımlar atmaq niyyətini göstərir. Bu addımlar isə Ukraynaya qarşı təcavüz və Avropaya nəql edilən təbii qazın kəsilməsi ola bilər.

Yenixeber.org: Rusiya anlayır ki, Qərb Ukraynaya təcavüzə etinasız yanaşmır və bunun olmasını qətiyyən istəmir. Ona görə də ABŞ və NATO-ya təklif irəli sürüb. Moskvanın bu təklifi ultimatum xarakterlidir. Bəlkə də Rusiyanın NATO-nun qarşısında bu cür uca səslə tələb qoymasının başlıca məqsədi heç olmasa, Ukraynanın alyansa daxil edilməyəcəyi təminatının alınmasına nail olmaqdır. Ancaq əgər NATO-nun şərqə doğru genişlənməklə əlaqədar strateji planı varsa, o zaman Kremlin işi xeyli müşkül olacaq. Rusiya Prezidenti Vladimir Putinin ABŞ və NATO qarşısında qoyduğu tələblər beynəlxalq aləmdə rezonans doğurub və siyasi icmalçılar tərəfindən birmənalı qarşılanmayıb. 

Sözügedən mövzuyla bağlı dünya KİV-lərində gedən bəzi fikirləri təqdim edirik:

ABŞ-ın “The Wall Street Joural” qəzeti “Vladimir Putin öz dəyərini söyləyib” başlıqlı məqaləsində yazır: ”Rusiya payızda qoşunlarını Ukrayna sərhədi boyunca toplayaraq potensial hücum üçün əsas yaratdı. ABŞ və Avropanın reaksiyaları hələlik birmənalı və aydın deyil. Hələ ki, Vladimir Putinin qarşısının alınması üçün tədbirlər görülməyib.

Moskvanın tələblərindən də göründüyü kimi, onlar istəyirlər ki, NATO şərqə doğru genişlənməsin və hərbi fəaliyyət teatrındakı aktivliyini dayandırsın. Bu, Ukraynanın alyansa üzv olmasına veto qoyulması və faktiki baxımdan NATO-nun Polşa, Estoniya, Latviya və Litvaya hərbi güc yerləşdirməsinə qadağa qoyulması anlamına gəlir.

Sözsüz ki, Putin Latviya ordusunun Moskvaya doğru yürüş edəcəyindən qorxmur. Onun məqsədi Kremlin Mərkəzi və Şərqi Avropa üzərində hegemonluq qurmasıdır. Putinin güc nümayiş etdirməsinin əsas hədəflərindən biri də Qərbdən Baydenin may ayında “Şimal axını-2” qaz boru kəmərinin tikintisində iştirak edən şirkətlərə qarşı qoyulmuş sanksiyaları qaldırmasına bənzər güzəştlər qoparmaqdır.

Putinin tələbləri onun inamını və hətta əminliyini göstərir ki, Qərb Rusiyanı dayandırmaq üçün ciddi heç nə etməyəcək. Və həqiqətən də nə Bayden, nə də Avropa bu istiqamətdə hələlik heç bir tədbir görməyib”.  

 

Xorvatiyanın “Advance” portalı “Avropada sülhün son şansı” məqaləsində Rusiyanın tərtib etdiyi və ABŞ ilə NATO-ya göndərdiyi sənədin mahiyyətinə toxunur. Məqalədə deyilir: ”Konkret olaraq söhbət nədən gedir? Rusiya iki layihə hazırlayıb. Bu sənədlərin biri NATO, digəri isə ABŞ üçündür. Hər iki sənəd müqavilə formasında tərtib olunub və bunu imzalayanlar götürülən öhdəlikləri yerinə yetirməlidir. Həmin sənəddə Rusiya tələb edir ki, alyans 1997-ci ilə kimi NATO üzvü olmayan ölkələrin ərazisinə hərbi birləşmələr yollamasın. Başqa sözlə desək, bu, keçmiş “Varşava müqaviləsi”nin bütün üzvlərinə aiddir. Xatırladaq ki, Çexiya, Macarıstan və Polşa 1999-cu ildə, Litva, Estoniya, Latviya, Bolqarıstan, Rumınıya, Slovakiya və Sloveniya isə 2002-ci ildə NATO -ya daxil olublar. Sloveniyadan başqa onların hamısı “Varşava müqaviləsi”nin üzvü olublar.

Rusiyanın hazırladığı sənəddə tərəflərin bir-birinə yaxın ərazilərdə orta və qısa mənzilli raketlər yerləşdirilməsinə qadağa qoyulması da yazılıb. Rusiya NATO-nun bundan sonra genişlənməməsinə çağırış edir və Ukraynanın üzərində xüsusilə dayanır.

Digər tərəfdən, Rusiya alyans üzvlərindən tələb edir ki, onlar Ukraynada və həmçinin Şərqi Avropada, Cənubi Qafqazda və Orta Asiya ölkələrində hər hansı hərbi fəaliyyət göstərməsinlər.

ABŞ-a göndərilən sənəddə də oxşar tələblər səslənir. Bu sənəddə deyilir ki, ABŞ və Rusiya digər ölkələrdə nüvə silahı yerləşdirilməməsi ilə bağlı öhdəliklər götürsün.

Vaşinqton Rusiyanın təklifləri ilə bağlı ilk şərhini verib. Ağ Evin təmsilçisi Cen Psaki bəyan edib ki, ABŞ Rusiyanın təkliflərini avropalı müttəfiqləri və tərəfdaşları ilə müzakirə edəcək. Lakin o qeyd edib ki, ABŞ NATO-nun genişlənməsi ilə bağlı güzəştə getməyəcək. Bu barədə Psaki deyib: ”Biz Avropanın təhlükəsizliyinin baza prinsiplərinə və hər ölkənin öz taleyini özünün həll etməsinə aid məsələlərdə güzəştə getməyəcəyik”.

Yəqin ki, təkliflərinin qəbul olunmayacağı təqdirdə, sonrakı mərhələdə nə edəcəyi ilə əlaqədar Rusiyanın hansısa planı var. Bəlkə də yoxdur. O zaman bu, ən pis ssenaridir, çünki bu sənədlər Avropada sülhün qorunmasına hədəflənib, onun alternativi isə daha qorxuludur.”

Böyük Britaniyanın “Financial Times” qəzeti “NATO Avropanın təhlükəsizliyi məsələsində Rusiya ilə dialoqa hazırdır” məqaləsində Rusiyanın təklifinə alyans üzvlərinin necə münasibət göstərməsinə toxunub. Məqalədə deyilir: ”Qərb liderləri hesab edirlər ki, əgər Moskva Ukraynanın təhlükəsizliyi ilə bağlı vacib addım atarsa, o zaman səslənən təkliflər dialoq üçün şans verir. Almaniyanın müdafiə naziri Kristina Lambrext deyib: ”Biz diplomatik səviyyədəki mövcud ziddiyyəti aradan qaldırmalıyıq. Biz, Rusiyanın təklifini müzakirə edəcəyik. Lakin Rusiya NATO üzrə tərəfaşlarımıza harada və nə qədər qoşun yerləşdirilməsini diktə edə bilməz və biz bunu aydın şəkildə deyəcəyik”.(azpolitika)

Vaqif Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam