Ağdam Musiqi Kollecindən ucalan “hava”
Kollecin direktoru Laura Ağyeva vəzifəsini ya bilmir, ya da bilmək istəmir
“Büdcə siçovulları ” Ağdam Musiqi Kollecini necə yedi?
“Xeberinfo.com”: Kolleclərlə bağlı ictimai rəyin birmənalı olmaması sirr deyil: təhsilin bütün sahələrində olduğu kimi və bir az daha da fərqli. Qəbuldan tutmuş, semester imtahanlarına qədər ən müxtəlif xəbərlər dolanır. Baxmayaraq ki, son illər təhsil naziri hörmətli Mikayıl Cabbarov bu istiqamətdə hansısa yeniliyə imza atmaq istəyir, amma düzəlmir ki, düzəlmir…
Bu mövzu mətbuatın da daim diqqət mərkəzindədir. Az qala hər gün bir kolleclə bağlı yazıyla rastlaşmalı oluruq. Kolleclərdə səlahiyyətli şəxslərin müxtəlif formada cəzalandırılması da öz yerində. Bu istiqamətdə “xeberinfo.com”a yeni məlumatlar daxil olmaqdadır. Əslində bir neçə faktları istisna etməsək, bu məlumatları yeni saymamaq da olar…
Redaksiyamıza daxil olan məlumatlarda Ağdam Musiqi Kolleci və bu kollecin direktoru Laura Ağayevanın fəaliyyətindən bəhs olunur. Qeyd etdiyimiz kimi, məlumatların əksər hissəsi ümümi xarakterlidir: Tələbələr “centlimen sazişi” ilə dərsdən yayınır, müxtəlif adlarla para toplanır, semester imtahanlaı “razılaşma”ilə həll olunur, diplom alınması eləcə və s. Məlumatlar sırasında fərqliliyi ilə diqqəti çəkən isə bu təhsil müəssisəsinin təmiri ilə bağlıdır.
Biz məlum prinsiplərə uyğun olaraq, məlumatların araşdırılması istiqamətində kollecin direktoru xanım Laura Ağayeva ilə əlaqə yaratmağa çalışdıq. Uzun çəkən çabalardan sonar Laura xanımla danışa bildik. Hazırda məşğul olduğunu və məlumatları araşdırıb, sonra özünün əlaqə saxlayıb, suallarımızı cavablandıracağını bildirdi. Amma etmədi, növbəti gün biz yenidən Laura xanımla telefon əlaqəsi yaratdıq. Tmamilə fərqli bir cavab aldıq: “nə istəyirsiniz yazın, sizə kim nə deyir desin. Bir şey yazsanız sizi Mətbuat Şurasına da verəcəm, məhkəməyə də”. Təxminən belə bir “cavab”. Laura Ağayevanın bu “cavab”ı bizim üçün təəccüblü olmasa da, təəssüf doğurdu. 26 il bir təhsil ocağına rəhbərlik edən şəxsdən bu “cavab” şaşırdıcı oldu. Biz çox çalışdıq ki, hörmətli Laura xanıma onun vəzifəsinin həm də mətbuatla işləmək olduğunu bildirək, alınmadı. Axı biz niyə də vaxtımızı və enerjimizi Mətbuat Şurasında, məhkəmələrdə itirməliyik? Biz zatən belə mənasız qalmaqllara öyrəncəliyik. Olmazmı ki, müəyyən olunmuş qanunlara müvafiq olaraq, birlikdə məlumatları aydınlaşdıraq.
Qarşıdakı günlərdə mümkün vasitələrlə məlumatları araşdırmağa çalışacağıq.
Musiqi Kollecinin təmirinə ayrılan pullar hara gedir?
Vergilər Nazirliyinin rəsmi mətbu orqanı olan “Vergilər” qəzetinin fevral və mart buraxılışlarında yüzlərlə şirkətin ləğv edilməsi haqda elanlar birmənalı qarşılanmadı. Bu da təsadüfi deyil. Çünki, həmin şirkətlərin əksəriyyəti ləğv olunana kimi gəlirli şirkətlər olub. Yüzlərlə rentabelli şirkətlərin bağlanması təsüdfi ola bilməz. Əgər belə hal təsadüf olsaydı, bunu normal qarşılamaq olardı. Ancaq gəlirlə fəaliyyət göstərən və büdcə vəsaitləri hesabına həyata keçirilən tenderlərin qalibləri olan bu şirkətlərin sanki bir mərkəzdən idarə olunurmuş kimi təxminən eyni zamanda ləğvinə qərar verilməsi çoxlu suallar doğurur. Ekspertlər Azərbaycanda bu tipli şirkətlərin böyük neft pulları dövlət büdcəsinə axmağa başladıqdan sonra “yağışdan sonra göbələk kimi” yaranmağa başladığını qeyd edirlər. Həmin şirkətlər əsasən xüsusi ixtisas tələb etməyən mal, iş və xidmətlərin təchizatı üçün istifadə olunur. Sifarişçi qismində isə demək olar ki, dövlət qurumları-təhsil şöbələrindən tutmuş icra hakimiyyəti orqanları və nazirliklərdək demək olar ki, bütün büdcə təşkilatları çıxış edir. Təəccüblüdür ki, eyni bir şirkət həm təsərrüfat mallarının və avadanlığın təchizatçısı, həm də təmirçisi kimi xidmətlər göstərir. Ekspertlər yalnız kağız üzərində fəaliyyət göstərən bu şirkətləri “büdcə siçovulları ” da adlandırırlar.
Ağdam rayonundan redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki, Ağdam Musiqi Kollecinin təmiri üçün ayrılmış büdcə vəsaitləri də kollecin yerləşdiyi ərazidən 350 km aralıda, Bakı şəhərində qeydiyyatda olan bir şirkət tərəfindən həyata keçirilməsi məhz büdcə vəsaitlərinin mənimsənilməsinə xidmət göstərir. Qeyd olunur ki, Cavid Quliyev adlı şəxsin rəhbər olduğu bu şirkət Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatda olan “Tac-2014” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu məlumatı araşdırmağa başlamışıq və “Tac-2014”MMC-nin Ağdam sərgüşətlərinin nədən ibarət olduğuna aydınlıq gətirməyə çalışacağıq.
Həsən