Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Mikayıl Cabbarovun eksperiment mənbəyi

   

 

 

 

     "xeberinfo.com": Təhsil Azərbaycan insanının ən ağrılı yerlərindən olub və nə təəssüf ki, olmaqda da davam edir. Məlum səbəblərdən bu ölkənin hər bir ailəsi təhsilə bağlıdır. Və hər bir ailə də demək olar ki, eyni forma və səviyyədə təhsilin acısını yaşamaqdadır. İllərdir yaşanan bu acı artıq ümummilli faciəyə çevrilib. Ümüdlərin öldüyü, faciə dolu bir sonsuzluq...

 

Mikayıl Cabbarovun təhsil naziri təyinatı kütlədə az-çox ümüd yaratmışdı. Sadəlöhv insanlar “bu Avropa təfəkkürlüdür, təhsili düzəldəcək”, “gəncdir, rüşvətin qarşısını alacaq” və s. bu kimi sayıqlamada bulunurdu. Eyni ilə əksinə düşünənlər də var idi: “Mikayıl cabbarov hara, təhsil hara”, “İçəri Şəhər kimi, təhsili də biznes təfəkkürü ilə idarə edəcək” və s.

Yanaşmalardakı bu müxtəlifliyin ömrü uzun olmadı. 10 ay bir nazirin fəaliyyəti ilə bağlı ictimai rəyin formalaşmasında yetərli zamandır. Bir nazir üçün heç də az olmayan fəaliyyəti dönəmində Mikayıl Cabbarov təhsildən kənar, İçəri Şəhərlə Təhsil Nazirliyini eyniləşdirən birisi olduğunu isbatladı: təhsilin bütün pilləsində (Orta məktəblərdə, Kolleclərdə, Universitetlərdə) “ənənəvi qaydalar” nəinki qalmaqdadır, “inkişaf” var, “inkişaf”. Orta məktəblərdə müxtəlif adlarla pul yığımı, kollec və universitetlərdə “sezon biçimi” ... 

İndi sıradan Azərbaycan ailəsini narahat edən bu arzuolunmaz “inkişaf”dır. Təhsil nazirinin Misir Mərdanov, yaxud Mikayıl Cabbarov olmasının bu ölkə insanı üçün nə fərqi. Təki bu “inkişaf”a son qoyulsun. Amma olmadı, əksinə artıq bütün kütlə Misir Mərdanovun atasına rəhmət oxuyur. Nə isə... Ölkə təhsilində artmaqda olan “besperedel”dən bəndəniz ara-sıra ərz edir.

                                                           

 

                                  Nazirin növbəti “kəşfi”

   

    Mənşəyi məlum olmayan bəzi beynəlxalq təşkilatlar bir sıra “tarixi layihə”lərini Azərbaycan təhsilinə də sırımaqda davam edir. Bu layihələrin gizlinləri, onların müxtəlif adlarla (Kurrikulum, Boloniya sistemi və s.) nələri qaynatmaları geniş mövzudur. Və hesab edirəm ki, bu istiqamətdə ciddi jurnalist araşdırmasına ehtiyac var.

Təəssüf  ki, bizim “başbilənlərimiz” də bu təşkilatların sayəsində Azərbaycan təhsilini əsl eksperiment mənbəyinə çevirib. Bu proses isə Mikayıl Cabbarov dönəmində xüsusi vüsət almaqdadır.. Artıq cənab Cabbarovun son “islahatları” kütləvi  narazılıqla müşahidə olunur. Gənc nazirin müəllimlərin fərqləndirilməsi, eləcə də kollec məzunları ilə bağlı səsləndirdiyi, daha doğrusu artıq qəbul etdiyi “yeniliklər”i nəzərdə tuturam.

Birinci halın növbəti bürokratik əngəllərdən, korrupsiya əməllərindən nə dərəcədə sığortalanması müəyyən şübhələrə yol açır. Təklif ilk baxışdan cəzbedici görünsə də icra mexanizmi suallar doğuran detallarla zəngindir.

İkinci-kollec məzunlarının pedaqoji fəaliyyətinə qoyulan qadağa da yumşaq desək başadüşülən deyil. Doğrudur, oldu-olmadı bütün kolleclərin pedaqoq hazırlaması da qəbulolunan deyil. Pedaqoq yetişdirmək şərəfli olduğu qədər də məsuliyyətlidir. Təəssüf ki, bu məsuliyyət zaman-zaman kimlərinsə “yadından çıxdı” və sanki pedaqoq hazırlamaq kolleclər arasında dəbə mindi. Hansı ki, bu dəbin fəsadları da bu gün gözümüzü deşir.

Məncə kolleclərə pedaqoq hazırlamağı qadağan etmək yox, sadəcə kollecləri müxtəlif sahələr üzrə ixtisaslaşdırmaq daha uğurlu variant olardı. O zaman sənaye, iqtisadiyyat, nə bilim idarəetmə yönümlü kolleclər də pedaqoq hazrlamağı yaddan çıxarardlar.

   Bakı şəhərində bir kollec var-Azərbaycan Dövlət Pedaqoji kolleci. Bu təhsil ocağı1919-cu ildən bu günə qədər müxtəlif adlarla da olsa pedaqoq hazırlğı üzrə ixtisaslaşmış yeganə orta ixtisas təhsil müəssisəsidir. Və etiraf edək ki, bu kollecə ictimai maraq heç də Azərbaycan Dövlət Pedaqoji Universitetindən zəif deyil. Sözsüz ki, bunun da özəl səbəbləri var . Görünür 95 illik təcrübədir bu marağı stimullaşdıran amil. Hal-hazırda bu kollecin 3000-dən çox tələbəsi var. İnternetdə axtarış verməklə həm kollec, həm də məzunlarının uğurları haqqında bilgi əldə etmək olar. Nə isə, mənim məqsədim Azərbaycan Dövlət Pedaqoji Kolleci haqqında yazmaq deyil.

Bu xatırlamada məqsədim pedqoq hazırlığının məhz bu kollecə etibar etməyin mümkünlüyüdür. Öz tarixi ənənəsi və hazırkı reytinqi ilə Azərbaycan Dövlət Pedaqoji Kolleci bunu haqq edir.

    Hələlik isə təhsilimizin çağdaş durumu hansısa eksperiment labaratoriyasını xatırladır. Çox təhlükəli və kotostrofa aparan eksperimentlər...

 

 

 

 

      İlqar   

 

      

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam