Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ölüm hökmü bərpa oluna bilərmi?

 

Fazil Mustafa: “Türkiyə cəmiyyətinin bu tələblərini haqlı hesab edirəm”

Azər Rəşidoğlu: “Ədalətsiz məhkəmələrin bu missiyanı üzərinə götürməsi anlaşılan deyil”
"Xeberinfo.com":  Məlumata görə, Özgəcan Aslan cinayətinin ardından Türkiyə cəmiyyəti ölüm hökmünün bərpasını tələb edir. Hətta qardaş ölkənin yüksək rütbəli şəxsləri və ictimai xadimləri arasında da bu fikrə dəstək verənlər var. 
Yaxın günlərdə Türkiyə parlamenti ölüm hökmünün bərpası məsələsini müzakirə edəcək.  Bu barədə Türkiyə parlamentinin Hüquqi işlər üzrə komissiyasının rəhbəri Əhməd İyimaya bildirib. Türkiyə parlamentinin üzvü bildirib ki, ölüm hökmü qadınlara qarşı zorakılıq, eləcə də xüsusi amansızlıqla cinayətlər törədildiyi hallarda tətbiq oluna bilər. 
Qeyd edək ki, Türkiyənin Mersin vilayətində 20 yaşlı tələbə Özgəcan Arslanın zorlanaraq, öldürülməsindən sonra bir sıra nazirlər qatilə ölüm hökmü cəzasının verilməsi tələbi ilə çıxış ediblər. 
Xatırladaq ki, Türkiyədə ölüm hökmü 2001-ci ildə ləğv edilib. Lakin bu cəza növü 1986-cı ildən tətbiq edilmir. Statistikaya görə, ötən il Türkiyədə 228 qadın xüsusi amansızlıqla öldürülüb. Özgəcan Aslanın öldürülməsinə etiraz üçün küçələrə çıxan minlərlə insan da qatilə ölüm hökmü tələb edib.
 
Azərbaycanda demək olar ki, hər gün Özəgəcan Aslan cinayətinə bənzər qətl və zorlama hadisələri baş versə də, cəmiyyətimizdə nədənsə, məhz Türkiyədə baş verənlərin təsiri ilə qadın zorakılığına qarşı etirazlar başlayıb. Sosial şəbəkələrdə, ictimai müzakirələrdə oxşar fikirlər, qadınlara qarşı zorakılıq törədənlərə qarşı ölüm hökmünün qaytarılması ilə bağlı tələblər səsləndirilir.  
Musavat.com cəmiyyətdə müzakirə olunan bu mövzuya işıq salmağa çalışıb. Sadə insanlardan fərqli olaraq ziyalılar, yazarlar, ictimaiyyət nümayəndələri ölüm hökmünün qaytarılmasını yanlış hesab edirlər.
 
“Yeni Müsavat” qəzetinin köşə yazarı Azər Rəşidoğlunun fikrincə, ölüm hökmünün bərpası bir çox fəsadlara yol aça bilər: “Məhkəmələrin səhv etmək hüququ həmişə olur. Hətta dünyanın ən ədalətli məhkəmələrindən hesab edilən ABŞ məhkəmələri də bir çox hallarda günahı olmayan insanı ölüm cəzasına məhkum edirlər. Bu baxımdan, ölüm hökmünün əleyhinəyəm. Azərbaycanda isə ədalətli məhkəmə sistemi mövcud deyil. Məhkəmələr icra strukturlarından asılı vəziyyətdədirlər. Odur ki, ölüm hökmünün bərpası fəsadlara yol aça bilər. Bu cəza fərqli düşünən insanlara da şamil edilə bilər. Bunun isə nə demək olduğunu yəqin ki, hər kəs anlayır. Ümumiyyətlə, edam cəzasının fəlsəfəsini anlaya bilmirəm. Mən ən amansız cinayətkarın da hüquqlarının olduğunu düşünürəm və əminəm ki, etdiyi cinayətə görə o, Allah qarşısında cəzasını alacaq. Ədalətsiz məhkəmələrin bu missiyanı üzərinə götürməsi anlaşılan deyil”. 
“Ayna-Zerkolo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı da ölüm hökmünün bərpasının əleyhinə olduğunu bildirdi: “Mən qəti şəkildə ölüm hökmünün bərpasının əleyhinəyəm. Biz vaxtilə irəli doğru bir addım atmışıq, indi geri qayıtmağın mənası yoxdur. Əgər söhbət cəzadan gedirsə, bəzən həbsxana həyatı ölümdən daha betər olur. Ciddi rejimli cəzaçəkmə müəssisələri var. Qadınlara və uşaqlara qarşı xüsusi amansızlıqla cinayət törədənləri daha ciddi rejimdə cəzalandırmaq olar. Ancaq istənilən halda, ölüm cəzasının verilməsi qəbul edilə bilməz”.
 
Millət vəkili Fazil Mustafa isə bildirdi ki, uşaqlara qarşı törədilən cinayətlərdə ölüm cəzası tətbiq oluna bilər: “Türkiyə cəmiyyətinin bu tələblərini mən haqlı hesab edirəm. Azərbaycanda da biz azyaşlılara qarşı törədilən cinayətlərə görə təklif etmişik ki, ölüm hökmü bərpa olunsun. Ancaq bu, real deyil. Çünki Avropa Şurası qarşısında öhdəliyimiz var. İndiki məqamda Azərbaycan üçün bu öhdəlikdən geri çəkilmək çox çətindir. Ancaq buna baxmayaraq, bu istiqamətdə işlərin getməsi lazımdır. Təbii ki, burada məhkəmələrin nə dərəcədə ədalətli olacağı da rol oynayır. Ancaq ölüm hökmünün tətbiqində prosedurlar bir qədər fərqlidir. Bütün hallarda müəyyən müddətdə gözləmə imkanları var. Ölüm hökmü tətbiq olunan kimi insan öldürülmür. Müəyyən müddət keçir və o müddət ərzində bu məsələ öz həllini tapır. Burada prezidentə müstəsna səlahiyyətlər verilir. Biz bu cəzanın yalnız azyaşlıların xüsusi amansızlııqla öldürülməsi və azyaşlılara təcavüz məsələsi ilə bağlı qəbul edilməsinin tərəfdarıyıq. Burada qadınlara qarşı törədilən cinayətlər də tövsif oluna bilər. Ancaq qadın zorakılığı ilə bağlı bütün hallarda ölüm hökmünü tətbiq etmək düzgün deyil”. 
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam