Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ölümlə nəticələnən avtoqəza və polkovnikin özündən çıxması - YENİLƏNİB!

 

Daxili İşlər Nazirliyinin BDYPİ-nin İstintaq və Təhqiqat Şöbəsinin rəisi polkovnik Hikmət Kərimovun qışqırmasına səbəb nədir?  

 

“Xeberinfo.com”:  Ötən il dekabrın 9-da Hacıqabul-Bəhrəmtəpə yolunun 30-cu km-də, Sabirabad rayonu ərazisində ölümlə nəticələnən avtomobil qəzası ilə bağlı məlumat yayıldı. O zaman bu hadisə ilə bağlı mətbuatda ötəri informasiya yayılmışdı: “Saatlı rayon sakini Əlibarat Rəhimov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən, Qaratəpə kənd sakini, 14 yaşlı Elmar Əliyevi vurub. Xəstəxanaya yerləşdirilən Elmar Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır”.

Hadisə ilə bağlı bundan artıq məlumat yayılmasa da, ötən ayın əvvəlində “xeberinfo.com”a maraqlı məlumatlar daxil oldu. Bu məlumatlar əsasında da “İcra başçısının adı kriminal işdə hallanır” sərlövhəli yazı dərc etdik. Məlumatları lazımınca dəqiqləşdirə bilmədiyimizdən ətraflı yaza bilmədik...

Xatırladaq ki, hadisə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İstintaq və Təhqiqat Şöbəsində araşdırılıb. Çox keçmir ki, müstəntiq Qəzənfər Mansurovun apardığı iş yekunlaşır və səbəbkar Əlibarat Rəhimova “gözün üstə qaşın var” deyən olmur. Biz nə istintaqın gedişinə, nə də cənab müstəntiqin ədalət və obyektivliyinə şübhə etmirik.

Amma, ... istintaq zamanı məlum olur ki, yeniyetmə Elmar Əliyevin psixoloji problemi var imiş(?) Nədənsə hadisədən dərhal sonra Əlibarat Rəhimov da Bakıdakı xəstəxanalardan birində yatmalı olur(?) Və hadisə ilə bağlı istintaq da qısa müddətə yekunlaşır. Və s. Bununla da iş qapanır.

Biz əldə etdiyimiz məlumatlara ardınlıq gətirmək məqsədi ilə daxili işlər naziri cənab Ramil Usubova 12. 03. 2015-ci il tarixli 07/015 №-li məktub ünvanladıq. Məlum oldu ki, məktub araşdırılıb, cavablandırılması üçün BDYPİ-nin İstintaq və Təhqiqat Şöbəsinə göndərilib. Məlum qanunlara uyğun olaraq, məktubumuzun maksimum bir aya cavablandırılacağına ümüdlü idik. Bunun baş verməməsini gördükdə BDYPİ-nin İstintaq və Təhqiqat Şöbəsi ilə telefon əlaqəsi yaratdıq. Qaneedici cavab ala bilmədiyimizdən, şöbə rəisi polkovnik Hikmət Kərimovla danışmalı olduq. İstədik ki, şöbə rəisi məktubumuzu nə üçün cavabsız qoyduqlarına aydınlıq gətirsin.

Hikmət Kərimov sualımıza özünəməxsus şəkildə aydınlıq gətirdi: demək olar ki, bütün gücü ilə qışqıraraq, “BU MƏNİM PROBLEMİM DEYİL”... Və ardınca da “adboy”.

 Anlamadıq, söhbət hansı problemdən gedir? Yoxsa, qışqırmaqla bu işdə problemin olduğunu özünüz də etiraf edirsiniz? Elədirsə bu problemi kim(lər) və necə yaradıb? Və s. Suallar da çoxdur.

Bir səlahiyyətli şəxsin (Mən hələ polis polkovniki demirəm) bizimlə bu tonda danışması təəssüfdoğurucu hal olsa da, təəccüblü deyil. Polkovnikin qışqırmasının səbəbi bizə təxminən məlumdur... O boyda hadisəni qısa vaxtda qapayıb, sonra da ictimailəşməsinə dözümlü olmaq asan məsələ deyil.

Olsun, kimlərinsə nə düşünüb, hansı reaksiyanı verməsi bizi prinsiplərimizdən çəkindirə bilməz. Qarşıdakı günlərdə mümkün vasitələrlə gərəkən dəqiqləşmələri aparıb, mövzunu davam etdirməyə çalışacağıq.

                                               *** 

Hadisə ilə bağlı Respublika Baş Prokurorluğuna ünvanladığımız müraciətə DİN BDYPİ-nin İstintaq və Təhqiqat Şöbəsindən cavab aldıq. Şöbə rəisi Hikmət Kərimiovun imzaslyla aldığımız cavab məktubunda deyilir: Sürücü Ə. Rəhimovun əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CM-nin 263.2 maddəsi ilə başlanmış 141500463 nömrəli cinayət işi üzrə icraata 22 yanvar 2015-ci ildə xitam verilmişdir.

Bu da cavab. Əslində gözlənilən idi. Başqa nə olmalı idi ki? Ümüd edək ki, DİN BDYPİ-nin rəisi cənab Ramiz Zeynalova ünvanladığımız məktuba qaneedici vabav ala biləcəyik.

 

Şamil   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam