Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Vaqner” ÖHŞ Şuşadadır?


Məlumatlı mənbə bildirib ki,  Ermənistan Azərbaycanla müharibəyə üçün özəl hərbi şirkətin (ÖHŞ) rusiyalı muzdlularını cəlb edib.

Yenixeber.org: Əsasən, “Vaqner” ÖHŞ-in 300 üzvündən ibarət qrup Rusiyadan Ermənistana, sonra isə Şuşaya göndərilib.

Oktyabrın 1-də “Azadlıq” radiosu vaqnerçilərin özlərinə istinadən məlumat verib ki, onlar artıq Qarabağdadır və döyüşlərdə iştirak edirlər. Əsasən bunlar regiona göndərilmək üçün ən qısa müddətdə səfərbər edilmiş TƏİR (tank əleyhinə idarə olunan raketlər) operatorlarıdır.

“Azadlıq” radiosundakı mənbə bildirir ki, “Vaqner ÖHŞ”in ilk döyüşçüləri Dağlıq Qarabağa hələ avqustun sonu - sentyabrın əvvəllərində gəliblər. https://www.svoboda.org/a/30868597.html

Hələlik bu məlumatın müstəqil təsdiqi yoxdur, lakin əvvəllər Suriyada vaqnerçiləri müşayiət edən rusiyalı jurnalistlər Qarabağda aktiv fəaliyyət göstərirlər.

Sentyabrın 26-da, o cümlədən Ermənistanda da keçirilən Rusiya “Qafqaz 2020” hərbi təliminin son günündə Yerevanda RF Müdafiə Nazirliyinin An-124-100 hərbi hərbi Yerevana təyyarəsi enib. Versiyalardan birinə görə, o, Ermənistana “Top M-2” və “Pantsir-C2” HHM sistemlərini gətirə bilərdi.

Bu təyyarə Ermənistana Rostov-na-Donudan uçub, onun 300 km.-də Molkinoda “Vaqner ÖHŞ”in  bazası yerləşir.  

“Azadlıq” radiosu qeyd edir ki, Rusiya Müdafiə Nazirliyinin vaqnerçiləri Dağlıq Qarabağa göndərmək planları barədə RBK hələ 2016-cı ilin yayında FTX-nın adı açıqlanmayan zabitinə istinadən yazıb.

 

Bundan əlavə, Şuşada muzdlu terrorçularun olması haqda prezident Ərdoğan oktyabrın 27-də telefonla prezident Putinə məlumat verib. “Kəşfiyyat xidmətlərinin dəqiq məlumatlarına görə, Şuşada 2 min PKK terrorçusu var və Ermənistanın tərəfində döyüşürlər. Onlara 600 dollar pul verirlər”, - Ərdoğan Putinə bildirib.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam