Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Bu gün Davos Ümumdünya İqtisadi Forumu başlayır

 

Bu gün İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumu başlayır.

 

"Xeberinfo.com":  Məlumata görə, tədbir yanvarın 24-nə kimi davam edəcək. Foruma dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri, iş adamları, media nümayəndələri qatılacaq.

 

Forumun builki 45-ci iclasının mövzusu “Yeni qlobal kontekst”dir.

 

Forumun 76 yaşlı təsisçisi və prezidenti Klaus Şvab forum öncəsi müraciətində bu tədbiri cəmiyyətlərin və biznesin birgə çalışdığı mühit adlandırıb. Onun sözlərinə görə, çoxsaylı böhranlar, konfliktlər və iqtisadi problemlərin hökm sürdüyü bir zamanda inam və stabil nizamlılığı bərpa etmək vacibdir.

 

Terror, ərəb dünyasında vətəndaş müharibələri və qeyr-stabillik forumun əsas mövzularından biridir. Tədbirdə Ukraynada vəziyyət, iqlim dəyişikliyi, “Ebola” virusu, diabet xəstəliyi, monetar siyasət, avrozona, energetika və digər məsələlər də müzakirə olunacaq.(APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam