Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Davosda Ümumdünya İqtisadi Forumu öz işinə başladı

3b323a516aa4cb2bd020bdaffea33878

 

“Dördüncü Sənaye İnqilabının Mənimsənilməsi” mövzusunda Davosda 20-23 yanvar tarixlərində keçiriləcək 46-cı Dünya İqtisadi Forumu öz işinə başlayıb.

 

Xeberinfo.com:   “Gazeta.ru”ya istinadən xəbərə görə, Ümumdünya İqtisadi Forumunun prezidenti Klaus Şvab tədbiri rəsmən açıq elan edib.
“Davos sadəcə konfrans deyil, bu, çox dəyərli bir təcrübədir”, deyə Klaus Şvab bildirib.
Bundan əvvəl 46-cı Dünya İqtisadi Forumunun proqramı açıqlanıb.
Dünya İqtisadi Forumunun saytına istinadən xəbərə görə, toplantıya 40-dan çox dövlət və hökumət başçıları, habelə biznes və ictimai sektordan olan 2500 lider qatılacaq.
Dünyadakı mövcud çağırışlar, təhlükəsizlik, iqlim dəyişikliyi, qlobal inkişaf və əmtəə qiymətlərinin yeni normaları gündəlikdə olan mövzular arasında olacaq.
Forumda Böyük Britaniyanın baş naziri Devid Kemeron, Türkiyənin baş naziri Əhməd Davudoğlu, Almaniya prezidenti Yoahim Qauk, Yunanıstanın baş naziri Aleksis Tsipras, İraqın baş naziri Heydər əl Abadi, İsrailin baş naziri Benyamin Netanyahu, Rusiya Federasiyasının baş nazirinin müavini Yuri Trutnev iştirak edəcəklər. ABŞ nümayəndə heyətinə vitse-prezident Cozef Bayden rəhbərlik edəcək.
ABŞ dövlət katibi Con Kerrinin də forumda iştirakı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam