Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ölkəmizdə evlər ucuzlaşa bilər

 

Azərbaycanda qeyri-rəsmi məlumatlara görə evə ehtiyacı olanların sayı 100 mindən çoxdur

 

"Xeberinfo.com":  Məlumata görə, təkcə Bakı şəhərində qeydiyyatda olan 60 minə yaxın ailənin evə ehtiyacı var. Əhalinin əksəriyyətinin nəğd pullarla ev almaq qabiliyyətində olmadığını nəzərə alan dövlət tərəfindən bunun üçün mühüm sosial layihələrin hazırlanmasına ehtiyac duyulur. 
Ölkəmizdə 2008-ci ildə qəbul edilmiş Mənzil Məcəlləsinə əsasən, Azərbaycanda sosial mənzil fondunun yaradılması və dövlət sosial mənzillərin inşası nəzərdə tutulurdu. Hətta mətbuatda fondun yaradılması ilə bağlı layihə hazırlandığı, hökumətə təqdim olunduğu barədə məlumat verilmişdi. Belə fondlar yalnız inkişaf etmiş və etməkdə olan ölkələrdə o cümlədən qonşu Türkyədə deyil, həmçinin bir sıra MDB dövlətlərində eləcə də Rusiyada fəaliyyət göstərir. Sözügedən fond həmin ölkələrdə vətəndaşlara yüngül şərtlər ilə mənzilə sahib olmaq imkanı verir.
Məsələ ilə bağlı iqtisadçı alim Oqtay Haqverdiyev deyib ki, Azərbaycanda mənzil probleminin həllindən başlamaq lazımdır. Dünya təcrübəsində sosial mənzil layihəsindən çoxdan istifadə olunur. Bu problemi ən əlverişli şəkildə həll etmək üçün bu işdən başlamaq lazımdır. Bu, düzgün, əlverişli üsuldur. Hələ söhbət gedir, konkret bir şey yoxdur. Ümumiyyətlə, sosial mənzil dedikdə dövlət öz hesabına təmtəraqlı olmasa da yaşamaq üçün hər cür şərait olan normal evlər tikir, mənzilləri icarə formasında kim istəyirsə 15-20 illiyə verir. Müddət qurtarandan sonra mənzil şəxsi mülkiyyət kimi qalır.
O deyib ki, bunu digər variantda da etmək olar. Belə ki, həmin evləri tikib auksiona aşağı qiymətlə çıxarmaq mümkündür. Türkiyədə belə təcrübə var. Evləri banklar tikir və icarəyə verir. İstanbulda, Londonda və başqa ölkələrdə şəhərdən qıraqda yerləşən müasir evlər 10-15 illik icarəyə verilir. Bu üsul dünya praktikasında istifadə olunur. Bu evlərin verilməsi müqavilə əsasında olur. Onu satmaq da, müvəqqəti yaşamaqda olar. Amma 15 il sata bilməz. Bu, ayrı-ayrı ölkələrdə müxtəlif cürdür. Dövlət ora qoyduğu pulu qaytarmaq üçün bu addımı atır. İcarə pulunu qaytarmaq üçün müddəti qısaldır, vəziyyəti ağır olan üçün isə müddəti uzadır. 
İqtisadçı diqqətə çatdırıb ki, işlədiyi dövrdə bu problem ətrafında müzakirələr aparılıb, amma konkret qərar qəbul olunmayıb. İndi bunu heç kim boynuna götürmür. Məsələn, büdcədə bu il üçün 7 milyardlıq investisiya xərcləri nəzərdə tutulub. Bunun 1 milyardını sosial mənzil tikintisinə ayırmaq və 20 illik icarəyə vermək olardı. Dünya dağılası deyildi. Bizim 50 milyard manat valyuta ehtiyatımız var. Yəni böyük bir problemi həll etmək olardı, amma etmədilər.
Ekspertlərin sözlərinə görə, bu sahədə sosial fondun yaradılması çox zəruridir. Bunun üçün böyük proqram qəbul olunmalı, qabaqlayıcı işlər görülməlidir. Bu məsələ birbaşa hökumətdən asılıdır. Onlar ürəkdən yanaşsalar bu məsələ çoxdan həll olunar. 
Dünya bazarında neftin qiymətinin düşməsi bu sahədəki planları bir qədər ləngidəcək. Amma gələcək illərdə bu baş tuta bilər. Ötən ildə Sosial Mənzil Fondun yaradılması planlaşdırılmışdı. Lakin görünür bəzi obyektiv səbəblərə görə, bu layihə təxirə salındı. Fondun mahiyyəti ondan ibarətdir ki, dövlət büdcəsindən sosial evlərin tikintisi üçün vəsait ayrılır. Bu zaman vətəndaş aylıq ödənişi az olmaqla daha ucuz qiymətə mənzil sahib ola bilir. Sosial mənzil fondunun yaradılmasının daha bir üstünlüyü ondan ibarətdir ki, bu mənzillərin qiymətinin tənzimləsinə imkan verir.
Onların fikrincə, sosial mənzil fondu formalaşdırmaqla Azərbaycanda mənzil problemini yaxın 10 ildə həll etmək mümkündür və bunun üçün ölkənin yetərincə vəsait var. Əhalinin sosial vəziyyətinə, mənzil problemini həllinə müsbət təsir edəcək və eləcə də əmlak bazarında qiymətləri stabilləşdirəcək layihənin hüquqi bazası hazırdır. İndi sadəcə tətbiqi mexanizmlərinin formalaşdırmaq və fondun yaradılmasına başlamaq lazımdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam