Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan Gürcüstandan - ən çox yeni avtomobil idxal edən ölkədir

 

Ötən il Azərbaycan Gürcüstandan ən çox yeni avtomobil idxal edən ölkələr arasında birinci yeri tutub.

Yenixeber.org: Bu barədə “Galt & Taggart” maliyyə və investisiya şirkətinin Gürcüstanın Avto Biznes sektoru üzrə araşdırmasında bildirilib.

Qonşu ölkədən ixrac olunan yeni avtomobillərin 71%-i Azərbaycan, 14,9% Ermənistan, 6,4%-i isə BƏƏ-nin payına düşüb.

2018-ci ildə Gürcüstandan ümumi dəyəri 409 mln. dollar olan avtomobil idxal olunub ki, bunun da 47%-i və ya 190mln. dolları Azərbaycanın payına düşüb.

Ötən il qonşu ölkənin ixrac etdiyi nəqliyyat vasitələrinin orta dəyərinə gəlincə, ən bahalı avtomobilləri BƏƏ (56,3 min dollar), ən ucuz avtomobilləri isə Ermənistan (3 500 dollar) alıb. Azərbaycan isə bu siyahıda ikinci yeri tutub. Gürcüstandan Azərbaycana idxal olunan avtomobillərin orta dəyəri 14,6 min dollar təşkil edib.

Gürcüstandan ən çox ixrac olunan avtomobil markaları arasında birinci yeri “Toyota” (2 878) tutub. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq, “Lexus” (677) və “Audi” (130) qərarlaşıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam