Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu ilin ilk dörd ayında Azərbaycanın - meyvə-tərəvəz ixracı 149 mln. dollar olub

Bu ilin ilk dörd ayı ərzində meyvə-tərəvəz ixracı 149 milyon ABŞ dolları olub.

Yenixeber.org:  Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2019-cu ilin may ayı üzrə buraxılışında bildirilib.

Qeyd edilib ki, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 62 milyon, pambıq lifi ixracı 58 milyon, elektrik enerjisinin ixracı 45milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 32milyon, kimya sənayesi məhsullarının ixracı 24 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 18 milyon, pambıq ipliyi ixracı 9 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı isə 9 milyon dollar təşkil edib.

Məlumata görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,5 dəfə, pambıq lifinin ixracı 2,8 dəfə, pambıq ipliyinin ixracı 42 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 36 faiz, meyvə-tərəvəzin ixracı 34 faiz, kimya sənayesi məhsullarının ixracı 32 faiz artıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam