Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Millət vəkilinin qardaşı bankını satdı

 

Azərbaycan Mərkəzi Bankının məcmu kapital tələbi ilə bağlı problemi olan “Kövsərbank” səhmlərinin 76 faizini kənar investora satıb.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə bankın İdarə Heyətinin sədri Hidayət İbrahimov məlumat verib.
Onun sözlərinə görə, səhmləri alan ölkədaxili investordur: “Kommersiya sirri olduğundan investorun kimliyini açıqlamırıq. Yalnız onu deyə bilərəm ki, xaricdən investor cəlb etməmişik və bankın əsas səhmdarı dəyişir”
.

“Unikal”ın araşdırması nəticəsində məlum olub ki, dekabrın 25-də Bakı Fond Birjasında “Kövsərbank”ın 38 milyon manatlıq səhmləri yerləşdirilib. Elə dekabrın 25-də də başa çatacaq emissiya nəticəsində bankın nizamnamə kapitalı 12 milyon manatdan 50 milyon manata, məcmu kapitalı isə 12,5 milyon manatdan 50,5 milyon manata çatmalı idi.
Gözləntilər özünü doğruldub və “Kövsərbank”ın günün ikinci yarısında satıldığı rəsmən açıqlanıb.
Xatırladaq ki, hələ bir ay öncə Hidayət Ibrahimov bildirmişdi ki, bankın səhmlərinin kənar səhmdarlara satılması ilə bağlı danışıqlar aparılır: “Danışıqlar həm yerli banklarla, həm də xarici səhmdarlarla aparılır”. Görünən odur ki, bu danışıqlar uğurla başa çatıb və “Kövsərbank” faktiki olaraq, “əl dəyişdirib”.
2KOVHazırda “Kövsərbank”ın nizamnamə kapitalı 12,02 milyon manat, məcmu kapitalı isə 12,49 milyon manatdır. Bankın lisenziyası bu il aprelin 9-da bərpa edilib. 2010-cu ildə bankın lisenziyası ümumi kapitala minimum tələblərin yerinə yetirilməməsinə, bank qanunvericiliyində yol verilən pozuntulara, həmçinin etibarlı və prudensial qaydada idarəetmənin və cari fəaliyyətin həyata keçməməsinə görə ləğv edilmişdi.
Amma 2013-cü ilin aprelində bank səhmdarının müraciəti əsasında Bakı Apelyasiya Məhkəməsi 1 saylı Bakı İnzibati Iqtisad Məhkəməsinin “Kövsər Bank” ASC-nin müflisləşməsi haqqında qətnaməsinin ləğv edilməsinə dair qərar çıxarıb. “Kövsərbank” Islam bankçılığı prinsipləri əsasında fəaliyyət göstərmək, əmanət qəbul edilməsini və kredit ayrılmasını investisiya qoyuluşu kimi həyata keçirmək niyyətindədir.
1er2“Kövsərbank” deputat Eldar İbrahimovun qardaşına məxsusdur. Daha doğrusu, bankın İdarə Heyətinin sədri Hidayət İbrahimovun adıçəkilən millət vəkilinin qardaşı olduğu bildirilir.
“Azadlıq” qəzetinin məlumatına görə, Hidayət Ibrahimov bankı çətin vəziyyətdən xilas etmək üçün uzun müddət ciddi səylər göstərib. Amma onun nüfuzlu millət vəkillərindən birinin yaxını olması faktı da “Kövsərbank” rəhbərinə kömək etməyib. Sonda Hidayət Ibrahimov bankını satmaq məcburiyyətində qalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam