Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Rəqabət Məcəlləsi iki il ərzində qəbul olunacaq

 

Rəqabət Məcəlləsi iki il ərzində qəbul olunacaq
Strateji Yol xəritələrinin ümumi icrası nəzərdə tutulan 50 faizə qarşı 52 faiz təşkil edib ki, bu da icra qrafikini qabaqlamaqla icranın sürətləndirilməsi anlamına gəlir.
 Yenixeber.org: Bunu Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. 

Prezidentin köməkçisi bildirib ki, ayrı-ayrı sahələr üzrə icra faizlərinin müxtəlif olmasına baxmayaraq, bütövlükdə nəzərdə tutulan 50 faizlik icra həyata keçib: "Ayrı-ayrı qurumların performansına nəzər yetirdikdə isə bütövlükdə bütün qurumlar 50 faiz üçün nəzərdə tutulan həddə gəlib çatıb, lakin Biznes Mühiti və Beynəlxalq Reytinq üzrə Komissiya, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Vergilər Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Strateji Yol xəritələrində onlar üçün müəyyən edilmiş tədbirlərin icrasını demək olar ki, tam şəkildə həyata keçirib". 

N.Əmirov qeyd edib ki, 2020-ci ilin sonuna qədər Strateji Yol xəritələrinin icrası üçün cəmi 20 ay qalıb, ölkə başçısının dövlət və hökumət qurumları qarşısında çox mühüm tələbləri, tapşırıqları durur: "Bu müddət ərzində biznes mühiti və Rəqabət Məcəlləsinin qəbulu ən əhəmiyyətli məsələlərdəndir. Sizin tapşırığınıza əsasən bu iki il ərzində Rəqabət Məcəlləsinin qəbulu prosesi başa çatmalıdır". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam