Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dünya Bankı Azərbaycana 300 milyon dollar ayırdı

 

1387052694_0847_1000x800

 

       Oktyabrın 22-də Dünya Bankı ilə Azərbaycan hökuməti arasında ümumi məbləği 300 milyon dollar təşkil edən üç yeni borc sazişi imzalanıb.

       "Xeberinfo.com": Bankın Azərbaycandakı nümayəndəliyindən “Media forum” saytına verilən məlumata görə, maliyyələşdirmə ədliyyə xidmətlərinin müasirləşdirilməsi, kənd icmaları üçün infrastruktur xidmətlərinin təkmilləşdirilməsi və rayonlarda su-kanalizasiya şəbəkəsinin yenidən qurulması məqsədlərinə xidmət edəcək.

       Hökumətlə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsinə 100 milyon dollar ayrılır. Layihənin əsas məqsədi baza ədliyyə xidmətlərinə çatımın yaxşılaşdırılması, bu xidmətlərin göstərilməsində ədalətliliyin gücləndirilməsi və şəffaflığın təmin edilməsidir.

    “Milli su təchizatı və kanalizasiya xidmətləri” üzrə ikinci layihə 150 milyon dollarlıqdır və onun məqsədi Siyəzən, Şabran, Ağsu, İsmayıllı, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarında daha çox ailənin keyfiyyətli və davamlı su təchizatı və kanalizasiya xidmətləri ilə əhatə olunmasından ibarətdir.

   “İkinci kənd investisiyaları” layihəsinə əlavə maliyyələşdirməyə dair borc sazişinin dəyəri 50 milyon ABŞ dollarıdır. Layihənin əsas məqsədi ölkənin kənd bölgələrində icma əsaslı infrastruktur xidmətlərinin göstərilməsini təkmilləşdirməkdir.

Dünya Bankının Azərbaycanda hazırkı investisiya portfeli 18 layihədən ibarətdir. 1992-ci ildə Dünya Bankına üzv olduqdan sonra Azərbaycanın ümumilikdə 54 layihə üzrə öhdəlikləri 3,8 milyard dollar təşkil edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam