Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dünya Bankı Azərbaycana pul ayırmağı təxirə saldı

 

 

                   

           Maliyyələşdirmə üç layihə üçün nəzərdə tutulub

Dünya Bankı (DB) Azərbaycanda üç layihəyə əlavə maliyyə vəsaitlərinin ayrılmasının bəyənilməsini başqa vaxta keçirib. Bundan əvvəl maliyyələşdirmənin bəyənilməsi mayın 30-na planlaşdırılmışdı.

  "Xeberinfo.com"  Marja-ya istinadən xəbər verir ki, DB-nin Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, bankın Direktorlar Şurası həmin layihələrə baxılma vaxtını iyul-avqust aylarına keçirib:

“Müddətin dəyişdirilməsinə səbəb lazımi sənədlərin hazırlanması ilə bağlıdır ki, bu da adi təcrübədir”.

Söhbət “Milli su təchizatı və kanalizasiya xidmətləri”, “Azərbaycan kənd investisiyaları” və “Məhkəmə xidmətləri və “ağıllı” texnologiyalar” layihələrindən gedir.

“Milli su təchizatı və kanalizasiya xidmətləri” layihəsinin həyata keçirilməsinə bank əlavə olaraq 150 milyon dollar məbləğində əlavə maliyyə vəsaiti ayırmağa hazırlaşır. Azərbaycan hökumətinin bu layihədə iştirak payı 83 milyon dollar təşkil edəcək. Əlavə maliyyələşdirmə çərçivəsində layihənin müddəti 2017-ci il dekabrın 31-dək uzadılacaq.

DB-nin “Azərbaycan kənd investisiyaları” (AzRIP-2) ikinci layihəsinin davam etdirilməsi üçün əlavə olaraq 86,56 milyon dollar tələb olunur.

Əlavə maliyyələşdirmədə bankın iştirak payı 50 milyon dollar təşkil edəcək, yerdə qalan 36,56 milyon dollar Azərbaycan hökuməti tərəfindən təmin olunacaq. Əlavə maliyyələşdirmə çərçivəsində layihənin müddəti 2018-ci il sentyabrın 30-dək uzadılacaq.

“Məhkəmə xidmətləri və “ağıllı” texnologiyalar” layihəsinin (“Judicial Services and Smart Technologies Project”, JSSTP) maliyyələşdirilməsinə isə 100 milyon dollar tələb olunur. Azərbaycan hökumətinin bu layihədə iştirak payı 100 milyon dollar təşkil edəcək. Layihənin 2018-ci il dekabrın 31-dək reallaşdırılması nəzərdə tutulub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam