Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya Bankı ölkədən kapital axınının səbəbini açıqlayıb

 

 

Rusiyadan kapital axını əvvəlki illərdə olduğu kimi, bankların xarici öhdəliklərini yerinə yetirməsi hesabına deyil, yerli şirkətlərin xaricdə aktivlərinin artması hesabına baş verir

 

Yenixeber.org: Bu barədə Rusiya Bankının (Mərkəzi Bank) açıqlamasında bildirilir. 

Qurum bəyan edib ki, neftin bahalaşması fonunda şirkətlər əlavə gəlirlərini xaricdə saxlamağa üstünlük verdiklərindən kapital axını dayanır. 

Bu ilin yanvar-fevral aylarında Rusiyadan xalis kapital axını 9,8 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Rusiya Bankının proqnozlarına görə, bu il ölkədən xalis kapital axınının məbləği 16 mlrd. dollar, 2019-2020-ci illərdə isə 8-9 mlrd. dollar təşkil edəcək. Baxmayaraq ki, bu ilin ilk 2 ayı ərzində proqnozlaşdırılan kapitalının axınının, təqribən, 61%-i artıq reallaşıb. 

Xatırladaq ki, Rusiya prezidentinin müşaviri Serqey Qlazyev son 30 ildə Rusiyadan 1 trln. dollardan çox vəsaitin xaricə axdığını açıqlayıb. 

Rusiyanın "Renessans Kapital" investisiya şirkətinin baş iqtisadçısı Oleq Kuzmin isə əlavə neft gəlirlərinin ölkə daxilində qalmamasına səbəb kimi vəsaitdən istifadə yerlərinin məhdud olmasını göstərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam