Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"SOCAR-ın kapital qoyuluşu 15-20% azala bilər"

 

Əgər SOCAR kapital qoyuluşunu xeyli azaltsa, Fitch Ratings agentliyi təəccüblənməyəcək.
"Xeberinfo.com":   Agentliyin bəyanatına görə, neftin qiymətinin ucuzlaşması ilə bağlı SOCAR-ın kapital qoyuluşunun 15-20% azalması şirkətin cari reytinqlərində mümkün ehtimallardan biridir. Agentlik onu nəzərə alır ki, 2015-ci ildə neftin barreli təxminən $55, 2016-cı ildə $65 olacaq. Bununla bağlı hesab edir ki, FFO üzrə (əməliyyat üçün fondlar) SOCAR-ın levereci 2x olacaq.
Agentlik bildirir ki, 2014-cü ildə SOCAR gündə 297 min barrel neft çıxarıb. Maya dəyəri isə Rusiyadakı analoji strukturlardakından çox olub. Amma bu, neft nəqli gəlirləri və neft emalı ilə qismən kompensasiya olunur.
«Fitch SOCAR-ın 2015-2016-cı illərdə kapital xərclərinin 2,2 mlrd dollar olacağını konservativ qiymətləndirir. Şirkətin kapital qoyuluşunda çevikliyi zəifdir. Çünki köhnə yataqlarda istehsalda azalmanın dayandırılması üçün nəzərdə tutulan vəsaitlərin çoxu PSA sazişlər üzrə öhdəliklərin icrasına və mövcud layihələrin başa çatdırılmasına yönəldilir», – deyə agentlik bildirir.
Agentlik bildirir ki, SOCAR-ın nağd vəsaiti ötən ilin 1 iyulu üçün $1,5 mlrd olub. Bu, hazırkı $2,2 mlrd qısamüddətli boru ödəmək üçün yetərli deyil. /”Turan”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam