Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Mənzilərin qiyməti ötən illə müqyisədə 15 faiz yüksəlib

 

       Avqustda Bakı və regionlarda ilkin bazarda mənzillər iyulla müqayisədə 5% ucuzlaşıb. Tikinti materialları ucuzlaşsa da, şəxsi evlər bir o qədər bahalanıb. Burda işçilərin əmək haqqı artımı rol oynayıb.
    "Xeberinfo.com": Dəllallar bildirir ki, ucuzlaşmaya səbəb təklifin çox olmasıdır. Füzuli, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Topçubaşov və “Sovetski” küçələrindən köçənlər iki kateqoriyaya ayrılıb – mənzil sahəsi çox olanlar şəhərin ucqarlarında ev alır. Az olanlar kirayədə ipoteka gözləyir. Daha bir səbəb tələbatın azalmasıdır. Amma alıcı marağının azalması 10-12% təşkil edir.

     Amma inflyasiya fonunda mənzillər çox bahadır. Sentyabrın 1-i üçün 1-2 otaqlı, təmirsiz, qəsəbələrdə 1 kv m-i 550 manat ($700) olan evlərə tələbat yüksək olub. 1 otaqlı evlərin çoxu 60-85 kv m, 2 otaqlılar 85-105 kv metrdir. Mərkəzdə elit mənzil (1 kv m 3-40 min) varlılar üçündür və öncədən satılır. Belə evləri tikənlər (məsələn, Pasha Construction LLC) hakim ailəyə yaxındır və ordakı mənzil və ofislər ən bahalılardır.

    İlin əvvəli ilə müqayisədə qiymətlər 10%, ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% artıb. Ən böyük aktivlik 2008-ci ilin I rübündə olub. O vaxt mənzil indikindən 25-30% baha olub. Rieltorlar və dəllallar arasında sorğuya əsasən, ipoteka imkanı artdığı halda tələbatınn azalması təəccüblüdür. Hazırda 15-25 illik ipotekanı bir sıra kateqoriya müəllim və həkimlər də ala bilər. Maksimal hədd 50 min manatdır.

     Büdcəsi ayda 1,5 min manat olan orta sinif ailəsi (4-5 nəfər) 3 otaqlı daimi kommunal xidməti olan evlərə üstünlük verir. Bu cür orta təmirli mənzilin (105-140 kv m) 1 kv m-i 850 manatdır. Bu kateqoriya əhali FHN-in istismara qəbul etdiyi, qəbul aktı və s. sənədi olan evlərə üstünlük verir.

    Bakıda ən cəlbidici rayonlar Xətai, Nəsimi və Sabunçu olub. /Əvvəllər Yasamal lider idi. Ötən ay təzə tikilib təklif edilən ev sayı 495 olub, tikinti şirkətlərinin sayı 115-dən 108-ə düşüb. Rieltorlardan biri Turan-a deyib ki, ilkin bazarda qiymət artımı inhisarçıların təzyiqi ilə tikinti sektorunda oyunçuların azalması ilə yanaşı, böhran sonrası ümumi bahalanma ilə də bağlıdır. İpoteka hesabına əhalinin alıcılıq qabiliyyəti də artıb.

    TMB-da fəallaşmaya mənfi təsir edən bu faktorlardır: alqı-satqının həyata keçirilməsi üçün sənədlərin olmaması, qazın olmaması, əksər hallarda sahəsi böyük olan mənzillərin mövcud olması, həmçinin inhisardır. Bundan əlavə, ilkin mənzil əsasən ipoteka kreditləşməsinə uyğun gəlmir, – deyə təcrübəli mütəxəssis bildirir. Onun fikrincə, bu gün inhisarçılar seqmentdə yüksək qiymət səviyyəsini saxlamaq üçün evləri “premiun” dərəcəsi verilməklə tikməyə üstünlük verirlər. Bu zaman yeni tikililərin əksəriyyətində bir otaqlı mənzillərin xüsusi çəkisi aşağıdır, bu da istehlakçının maraqlarının nəzərə alınmaması deməkdir. Əvvəllər ev tikənlər Avropa və sovet layihəli “xalq evlələrinin” ardınca “qaçırdılar”, indi onlar “lüks” anlayışından faydalanır.

    Onun sözlərinə görə, təkrar mənzil bazarı ilə müqayisədə populyar olmayan bu seqment inhisarçı nəzarət hesabına bundan sonra da qiymətlərin yüksək səviyyəsini qoruyub saxlayacaq. Hökumət monitorinq keçirməli və müvafiq nəticələr çıxarmalıdır., – deyə o hesab edir. Əks halda, əhalinin aztəminatlı təbəqəsi ya həyatının sonuna qədər başqalarının mənzillərində məskən salacaq, ya da Dövlət Neft Şirkətinin və digər təbii inhisarçıların ərazilərində qanunsuz və cəlbedici olmayan evlər tikəcək

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam