Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

Bəzi dükanlar çörəyi bahalaşdırdı

 

İki gündür Bakıda fəaliyyət göstərən bəzi mağazalar çörəyin bəzi çeşidlərinin qiymətini artırıb

    "Xeberinfo.com": Modern.az saytının əməkdaşı müşahidə edib ki, xüsusilə təndir çörəklərinin qiymətində artım baş verib. Belə ki, həmin çörəklər 40 qəpikdən 50 qəpiyədək bahalaşıb.

”8-ci kilometr”dəki belə mağazalardan birinin satıcısı bahalaşmanın çörəkbişirmə müəssisələrinə bağlı olduğunu deyib. Buna səbəb kimi isə guya, ölkədə getdikcə taxıl qıtlığının yarandığı, Ukraynadan taxıl gətirməyin mümkün olmadığı və s. göstərilir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə sentyabr ayının əvvəlində ölkədə 1 milyon 440 min tonu buğda istehsal olunduğunu bildirib.
O, taxıl istehsalında azalma olduğunu təsdiqləsə də, ölkədə istənilən qədər taxıl ehtiyatının olduğunu vurğulayıb.
”Proqnozlar bunu deməyə əsas verir ki, hər hansı qıtlıqdan, bahalıqdan söhbət gedə bilməz”, – deyən nazirlik rəsmisi bildirib ki, Azərbaycanın taxıla olan tələbatının müəyyən hissəsi daxili istehsal, qalan hissə idxal hesabına ödənilir. Buğda idxalı Azərbaycana əsasən Rusiya, Qazaxıstandan edilir.

Nazirliyin bu açıqlaması onu göstərir ki, çörəyi bahalaşdıranlar fürsət axtaran işbazlardır. Onlar qiymətləri süni yolla qaldırmaqla bazara diqtə etməyə cəhd göstərirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam