Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

BP "Şahdəniz 2" layihəsi üzrə görülən işləri açıqlayıb

 

BP "Şahdəniz 2" layihəsi üzrə görülən işləri açıqlayıb

 

2017-ci il "Şahdəniz 2" və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri üçün çox uğurlu olub

Yenixeber.org: "BP Azerbaijan" şirkətindən Trend-ə verilən məlumata görə, hər iki layihə üzrə çox mühüm tikinti, istismar sınaqları və təhvil vermə işləri görülüb və bu işlər üçün 45 milyon təhlükəsiz adam/iş saatı sərf edilib. Hazırda bu layihələr 2018-ci ildə ilk qazın əldə edilməsi qrafikinin istirmara verilmə mərhələsinə daxil olmaqdadır.

"Şahdəniz 2" layihəsi üzrə ilk qazın əldə olunması üçün lazım olan iş həcmi mühəndis-layihə işləri, təchizat, tikinti və istismar sınaqları da daxil olmaqla, artıq 99% tamamlanıb.

Sentyabrın 6-da Xəzər dənizinin yeni flaqman gəmisi olan "Xankəndi" istismara verilib. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq "Şahdəniz 2" layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilib və inşa edilib. 378 milyon ABŞ dolları dəyərində olan bu yeni gəminin Bakıda keçirilmiş rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Xankəndi gəmisi artıq dənizdə "Şahdəniz" yatağı ərazisindədir və orada sualtı quraşdırma və tikinti işlərini həyata keçirir.

2017-ci ildə "Şahdəniz 2" platformalarının hər ikisinin üst modullarının tikintisi başa çatdırılıb. Bu qurğular təhlükəsiz şəkildə yola salınıb və dənizdə quraşdırılıb, hazırda istismar sınaqları davam edir.

Səngəçal terminalında "Şahdəniz 2" üçün genişləndirmə işləri də başa çatıb. Hazırda yeni "Şahdəniz 2" qurğularının istismar sınaqları davam edir və bu il istismara verilmə planına uyğun irəliləyir ki, bu il başlanacaq "Şahdəniz 2" hasilatından olan əlavə qaz həcmlərini qəbul edib emal etməyə hazır olsun.

Şimal cinahında "Xankəndi" hasilatı dəstəkləyən sualtı texnoloji təchizat kabellərinin quraşdırılmasını artıq bitirib. Səngəçal terminalına aparan sualtı xətlər, quyular, sualtı infrastruktur, "Şahdəniz 2" platforması və terminal ilk dəfə olaraq artıq bir-biri ilə bağlanıb.

Ümumilikdə "Şahdəniz 2" və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam