Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda qaz hasilatı azalıb

Azərbaycanda qaz hasilatı azalıb

 

2017-ci il ərzində "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib

Yenixeber.org:  "BP Azerbaijan" şirkətindən Trend-ə verilən məlumata görə, il ərzində yataqdan 10,2 milyard standart kubmetr qaz və 2,4 milyon ton (təqribən 19 milyon barel) kondensat hasil edilib. 2016-cı ildə bu göstərici müvafiq olaraq 10,7 milyard kubmetr qaz və 2,5 milyon ton kondensat olub.

Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

2017-ci il ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 451 milyon dollar əməliyyat xərcləri və təqribən 2,88 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aiddir.

2017-ci ildə "Şahdəniz 1"-in Alfa platformasında SDA10 quyusu tamamlanıb və istismara təhvil verilib. SDA11 quyusunda isə qazma işləri bərpa olundu və bu işlər hazırda davam edir.

"Şahdəniz 2" üzrə, İstiqlal qazma qurğusu və "Maersk Explorer" hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində artıq 14 quyu qazıb, yatağın şimal cinahında dörd quyu, qərb cinahında isə üç quyu tamamlayıb. "Şahdəniz 2"-nin qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

"Şahdəniz"də iştirak payları: BP (operator - 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam