Redaktor seçimi
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Günün xəbəri

Azərbaycan ət idxalını iki dəfə artırıb

Azərbaycan ət idxalını iki dəfə artırıb

 

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 971,8 mln. ABŞ dolları dəyərində yeyinti məhsulları idxal olunub

 

Yenixeber.org: Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi xəbərə görə, yeyinti məhsullarının idxalında dəyər ifadəsində illik müqayisədə 2,3% artım qeydə alınıb.

Hesabat dövründə ət idxalı 91,57% artaraq, 46,552 mln. dollara, süd - 69,02% artaraq, 9,720 mln. dollara, kərə yağı və süddən hazırlanmış digər yağlar - 27,65% artaraq, 49,065 mln. dollara, çay - 29,89% artaraq, 39,236 mln. dollara, meyvə-tərəvəz idxalı isə 0,22% artaraq, 91,465 mln. dollara çatıb.

Bu müddətdə buğda idxalı 34,57% azalaraq, 136,361 mln. dollara, şəkər idxalı 5,96% azalaraq, 124,467 mln. dollara düşüb.

Məhsulların miqdar baxımından müqayisəsinə gəlincə, ət idxalında 50,55%, süd idxalında 55,7%, çay idxalında 10,79% artım qeydə alınıb.

Qeyd edək ki, yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi ötən ilin müvafiq dövründə qeydə alınan 15,31%-dən 15,73%-ə yüksəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam