Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Qırğızıstan gömrük xidməti Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətindədir

Qırğızıstan gömrük xidməti Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətindədir

 

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) Qırğızıstan Dövlət Gömrük Xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib.

 

Yenixeber.org: DGK Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşün əsas məqsədi gömrük işində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində Azərbaycan tərəfinin təcrübəsini öyrənmək olub.

 

DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev qonaqlara Azərbaycan Gömrük Xidmətinin yaranması, inkişaf mərhələləri, strukturu və Azərbaycanda gömrük işinin təşkili barədə ətraflı məlumat verib.

 

Son illər Azərbaycan gömrüyündə aparılan islahatlara toxunan idarənin rəisi vurğulayıb ki, gömrük qanunvericiliyinin təkmilləşdirilməsi nəticəsində gömrük işinin səmərəli təşkili sahəsində mühüm addımlar atılıb. İqbal Babayev Azərbaycan gömrüyünün Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS), eləcə də Dövlət Gömrük Komitəsi tərəfindən tətbiq olunan "Mal və nəqliyyat vasitələrinin buraxılış vaxtının ölçülməsi" (TRS), "Bir pəncərə", "Yaşıl dəhliz" və digər innovasiya layihələri barədə də qonaqları ətraflı məlumatlandırıb.

 

Qeyd edilib ki, bu gün Azərbaycanda gömrük xidməti tam avtomatlaşdırılıb və yerli mütəxəssislər tərəfindən müstəqil qurulan bu sistem bütün biznes prosesləri əhatə edir.

 

Sonra görüşdə bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Kadr potensialının gücləndirilməsi, gömrük prosedurlarının və ticarətin asanlaşdırılması, elektron bəyanetmə sisteminin tətbiqi, mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili və s. barədə nümayəndə heyətini maraqlandıran suallara aydınlıq gətirilib.

 

Görüş başa çatdıqdan sonra qonaqlar Dövlət Gömrük Komitəsindəki "Hədəf" mərkəzinə baxış keçirib, gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə yaxından tanış olublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam