Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

DGK şəxsi heyətlə iclas keçirdi

DGK şəxsi heyətlə iclas keçirdi

 

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) komitə aparatında və komitənin sisteminə daxil olan qurumlarda şəxsi heyətlə işin təşkilinin gücləndirilməsi məsələlərinə həsr olunmuş iclas keçirilib.

Yenixeber.org: İclası giriş sözü ilə açan DGK sədri Aydın Əliyev iclası keçirməkdə məqsədin şəxsi heyətlə işin təşkilinin gücləndirilməsi, bu sahədə mövcud problemləri və qarşıda duran vəzifələri müzakirə etmək olduğunu bildirib.

Komitə sədri ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan gömrüyünün 5 illiyi münasibətilə keçirilmiş mərasimdəki çıxışını xatırladaraq qeyd edib ki, dahi rəhbər həmin tarixi nitqində gömrük orqanlarının fəaliyyətini dəqiqliklə təhlil edib, qarşıda duran vəzifələrin yerinə yetirilməsinin tələbkarlıq və nizam-intizam, peşəkarlıq mühitinin formalaşdırılması, kadrlarla işin yenidən qurulması, hər bir gömrük işçisinin öz dövlətinə sadiqlik prinsipinin əsas meyara çevrilməsi sayəsində mümkünlüyünü göstərib. A. Əliyev vurğulayıb ki, ümummilli liderin gömrük orqanları üçün verdiyi tövsiyələr bu gün də aktualdır və gündəlik işdə rəhbər tutulmaqdadır.

DGK sədri qeyd edib ki, Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işi hər zaman dövlət başçısının diqqət mərkəzindədir. Gömrük orqanlarının fəaliyyəti ölkə rəhbərliyi tərəfindən qiymətləndirilir və gömrükçülər daim qayğı ilə əhatə olunurlar.

Sonra DGK Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı hesabat məruzə ilə çıxış edərək bildirib ki, idarənin iş planına əsasən gömrük orqanları və digər qurumlarının fəaliyyətində müvafiq qanunvericiliyin, gömrük işini tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməsi, xidməti intizama riayət olunması üzərində nəzarətin təmin edilməsi sahəsində konkret tədbirlər həyata keçirilib, gömrük orqanları və digər qurumlarının, o cümlədən, şəxsi heyətin təhlükəsizliyinin təmin olunması, bu sahədə idarənin funksiyalarının daha səmərəli təşkili istiqamətində müvafiq tədbirlər görülüb. 2017-ci ilin ötən dövrü ərzində idarəyə daxil olan materiallara dair xidməti araşdırmalar aparılıb, vətəndaşların qəbulu zamanı qaldırılan məsələlər operativ şəkildə araşdırılıb və bu barədə vətəndaşlara müvafiq cavab verilib. Daxil olmuş müraciətlər üzrə və yoxlamaların nəticələri əsasında aparılan araşdırmalar nəticəsində aşkar edilən xidməti pozuntulara yol verdiklərinə görə idarə tərəfindən 107 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

DGK sədrinin müavini Şahin Bağırov keçirilən iclasın əhəmiyyətinə toxunaraq bildirib ki, bu cür görüşlərin təşkili şəxsi heyətdə xidməti və icra intizamını daha da gücləndirəcək. Ş. Bağırov gömrük nəzarətinin təşkili, gömrük hüquqpozmalarına qarşı mübarizə istiqamətində gömrük əməkdaşlarının fəaliyyətinin effektivliyinin daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.

Sonda A. Əliyev şəxsi heyətlə işin yüksək səviyyədə qurulması, qarşıya çıxan problemlərin həlli istiqamətində konkret tapşırıq və tövsiyələrini verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam