Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda benzin yenidən bahalaşır

 

                  “ARDNŞ-in “keyfiyyətsiz benzin” açıqlaması buna işarədir” 

                 “Benzinin qiyməti yenidən bahalaşacaq”.

      "Xeberinfo.com" modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. O  bildirib ki, Azərbaycanda benzinin keyfiyyəti yüksələndən sonra qiymətlərdə də bahalaşma gözlənilir.

Deputatın sözlərinə görə, benzinin markasının dəyişdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması sözsüz ki, yanacağın qiymətinin bahalaşmasını qaçılmaz edəcək 

““Avro-4”ə keçiddən sonra benzinin qiymətində müəyyən bahalaşma oldu.

Əlbəttə, benzinin keyfiyyətinin normal olması üçün əvvəlcə normal qurğular və texnologiyalar lazımdır. Artıq bununla bağlı ARDNŞ iş görür. Bakı Neftayırma Zavodunda yenidənqurma işləri aparırlar. Nə vaxta bitəcək, onu deyə bilmərəm, amma benzinin markasının dəyişdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması əlbəttə, müəyyən məsrəflər tələb edir.  Həmin məsrəflərin qarşılığında qiymətlərin bahalaşması gözlənilir”.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov dünən jurnalistlərə açıqlamasında Azərbaycanda istehsal olunan yanacağın tam olaraq ölkə tələbatını ödədiyini, lakin keyfiyyətinin müasir tələblərə cavab vermədiyini bildirib. Artıq ARDNŞ yanacağın keyfiyyətinin yüksəldilməsi və əməliyyat xərclərinin yaxşılaşdırılması məqsədi ilə müvafiq işlər görməyə başlayıb. Qurum bununla bağlı inkişaf proqramı hazırlayır.

İnkişaf proqramına Azərbaycanda mövcud olan neft emalı zavodlarının müasirləşdirilməsi daxildir. Bu prosesin müddəti 42-48 aya qədər olacaq və Azərbaycanda 2018-ci ildən etibarən “Avro 5” standartlarına uyğun benzin, kerosin, dizel və digər yanacaq növləri istehsal etmək mümkün olacaq.

Məhz vitse-prezidentin bu açıqlaması benzinin qiymətində yenidən bahalaşma olacağı ilə bağlı fikirlər yaradıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam