Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Banklarda dollar ucuzlaşır –SİYAHI

 

151230163702_baku_exchange_bbc_624x351_bbc_nocredit

Mərkəzi Bankda valyuta hərracının keçirilməsinə bir az vaxt qalmış, kommersiya banklarında Dolların alış və satış qiymətlərinin dünən ilə müqayisədə aşağı düşdüyü müşahidə olunur.
Xeberinfo.com:   “Marja” xəbər verir ki, məsələn, 30 Yanvarda 1 Dolları 1.9650 manata satan Kapital Bank bu gün səhər saatlarında 1.95 manata satır.

Dolların satış qiymətini NBC Bank 1.97 manatdan 1.9590 manata, Bank of Baku 1.98 manatdan 1.97 manata, ExpressBank 1.9650 manatdan 1.96 manata endirib.

Dolların alış qiymətlərində daha böyük azalma müşahidə olunur.

Xəbər verdiyimiz kimi, “Qara bazar”da dollar cüzi ucuzlaşıb. Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə edilən məlumata görə, səhər saatlarında dolların alışı 1.93 manata, satışı isə 1.95-1.96 manata düşüb. Qeyd edək ki, dünən səhər saatlarında dolların alış-satışı eyni kursla aparılsa da, günortadan etibarən “qara bazar”da dolların alışı 1.95 manata, satışı isə 1.9750 manata qədər yüksəlmişdi.

Hansı bankdan nə qədər dollar almaq olar?

Bu gün Azərbaycanda dolları satmayan və yaxud dollar alışından sonra kassa qalığından asıllı olaraq satan bankların sayı 12yə çatıb. Fins.az-ın verdiyi məlumata görə, dolları limitsiz satan isə 8 bankdır.
Onu da qeyd edək ki, neçə müddət yalnız 100 dollar satan “Ag Bank” bu gündən etibarən 300 dollar satır, lakin avro və funt sterlinq kimi valyutalar bankda mövcud deyil.
“Expressbank” da uzun müddət 1000 dollar satırdı. Bu gündən bu limit 5000 dollaradək yüksəldilib.
Tam siyahı isə belədir:

xza


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam