Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dollar qalxmağa başladı -Banklarda

Bu gün banklarda Dolların qiymətlərində az da olsa artım olduğu müşahidə olunur.

Yenixeber.org:  Bazarın əsas aktyorlarından biri olan “Kapital Bank” Dolların satış qiymətini 1.80 manatdan 1.81 manata qaldırıb. Bank dünən Dolların satış qiymətinin 1.83 manatdan 1.80 manata endirmişdi.

“Kapital Bank” Dolların alış qiymətini isə 1.7445 manatdan 1.7485 manata qaldırıb. Qeyd edək ki, “Kapital Bank” məzənnəni qldırdıqdan sonra digər banklar da bu banka baxıb məzənnələri qaldırırlar. “Kapital Bank” Dolları limitsiz satır.

Bank Silk Vey Dolların alış qiymətini 1.7470 manatdan 1.75 manata, satışını isə 1.78 manatdan 1.79 manata, Bank BTB də Dolların satış qiymətini 1.78 manatdan 1.79 manata qaldırıb.

AtaBank Dolların satış qiymətini 1.8150 manatdan 1.80 manata endirib,  Azərbaycan Sənaye Bankı isə alışı 1.7450 manatdan 1.75 manata qaldırıb, satışı isə 1.82 manatdan 1.79 manata salıb.

Əksər banklarda Dolların alış məzənnəsinin qalxdığı müşahidə olunur.

Qeyd edək ki, 28 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7514 səviyyəsində formalaşmış, rəsmi məzənnə isə 1.7475 manatdan 1.7515 manata qalxmışdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam