Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“1.2 faiz artım olacaq” -Dünya Bankı Azərbaycanda iqtisadi tənəzzülün başa çatdığını bildirir

Azərbaycanda bu il iqtisadi artım 1.2 faiz təşkil edəcək.

Xeberinfo.com:   Dünya Bankının «Qlobal İqtisadi Perspektivlər» adlı hesabatında belə deyilir. Bank 2017-ci ildə, ümumiyyətlə, qlobal iqtisadi artım tempinin 2.7 faizə qalxacağını bildirir. Keçən böhran ilindən sonra inkişaf etməkdə olan ölkələrdə, təzə yaranan bazarlarda əngəllərin ortadan qalxdığını, bunun da iqtisadi artıma təkan verəcəyini deyir.

«İqtisadi artımla bağlı illərdir davam edən məyusluqdan sonra, nəhayət, üfüqdə çiçəklənmə əlamətlərini görürük. Bu fürsətdən yararlanmaq, infrastruktura və əhaliyə sərmayəni artırmaq zamanıdır. Bu, yoxsulluğun kökünü kəsməkdən ötrü vacib olan davamlı iqtisadi artımın təmin olunması baxımından zəruridir», - Dünya Bankının prezidenti Jim Yong Kim belə deyib.

Azərbaycana gəlincə, hesabat müəllifləri bildirir ki, neftin qiymətinin artması və iqtisadi disbalansın azalması inkişafa təkan verəcək. 2017-ci ildə Azərbaycanda iqtisadi artım 1.2%, 2018-ci ildə 2.3%, 2019-cu ildə də 2.3% olacaq. DB milli valyutanın dəyərdən düşməsinin və yüksək inflyasiyanın Azərbaycan, Anqola, Nigeriya, Mozambik və Monqolustanda 2016-cı ilin ikinci yarısında sərt siyasətin gerçəkləşməsi, ya da davam etdirilməsiylə sonuclandığını, ticarətin zəiflədiyini və artım göstəricilərinin düşdüyünü qeyd edir. Milli valyutanın zəifləməsi Azərbaycan, Anqola, Qazaxıstan və Nigeriya kimi iri neft istehsalçılarının böyük ehtiyat itkisindən əziyyət çəkməsiylə izah olunur.

Hesabatda valyuta və vergi siyasətinin müxtəlif ölkələrdə fərqli yönlərdə aparıldığı, Azərbaycanın sərt valyuta mövqeyini qoruyub saxladığı deyilir. İnkişaf etmiş ölkələrdə, DB-nın proqnozlarına görə, iqtisadi artımın orta hesabla 1.8% olacağı gözlənir. İqtisadi nəhənglər, özəlliklə də ABŞ-da maliyyə stimulu həm daxili, həm də qlobal artıma, özü də gözləndiyindən çox artıma səbəb ola bilər. Hərçənd, artmaqda olan ticarət proteksionizminin zərərli nəticələri də istisna edilmir.

Bütün bunlara rəğmən, DB nəhəng iqtisadiyyatların siyasi yönüylə bağlı şübhələrin artım perspektivinə kölgə saldığını vurğulayır. Bankın mövqeyincə, əminliyin olmaması və bu əhval-ruhiyyənin uzun çəkməsi iqtisadi artımı yubada bilər.

Dünya Bankı inkişafın təmin edilməsindən ötrü hökumətlərə öz yardımını təklif edir. «Biz özəl sektorların əminliklə işləməsi üçün onlara daha çox imkanlar təklif etmək işində hökumətlərə yardım əlimizi uzada bilərik. Özəl sektorların işi qlobal infrastruktura, əməkdaşlığa töhfə vermiş olar», – Dünya Bankının baş iqtisadçısı Paul Romer belə deyib. Onun sözlərinə görə, yeni yollar olmasa, yeni kapitala stimul da yaranmaz. «Yeni iş mühiti yaradılmasa, müasir iqtisadiyyata qatılmaq arzusunda olan milyardlarla adam sərmayə qoymaq şansını əldən vermiş olar».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam