Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kreditlərə güzəştlər tətbiq edilməzsə, itisadiyyatımız ciddi problemlərlə üzləşəcək-DEPUTAT

Ali Masimli
 
Xeberinfo.com:   “Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı yekun nitqində iqtisadiyyatımızın hazırkı mərhələsinin çox ciddi bir probleminə toxunaraq bildirdi ki, ötən il ölkə iqtisadiyyatına ən böyük zərbə vuran bank sektoru olub. Bu, doğrudan da belədir….Son illər, xüsusən də,  2015-ci ilin fevralından başlayaraq bizə olan mürüciətlərin də xeyli hissəsi bank sahəsi ilə bağlıdır”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Əli Məsimli deyib.
Onun sözlərinə görə, neçə illərdir  Milli Məclisdə və mətbuatda davamlı olaraq bank sistemində yaranmış vəziyyətin, iqtisadiyyatımızın inkişafına və həyata keçirilən islahatlar yolunda ciddi maneyə çevrilməsi, əksər bankların tətbiq etdikləri faizlərin soyğunçu xarakter daşıması və istehsalın inkişafı üçün yararsız olduğu, bankların istehsal sektorunun inkişaf etdirilməsinə səy göstərməmələri, əhalini müxtəlif üsullarla aldatmaları və sair barədə çoxsaylı çıxışlar ediblər.
“Doğrudur, xüsusən ötən il maliyyə sisteminin islahatları istiqamətində bir sıra addımlar atıldı.Amma real nəticələri az oldu. Bank sahəsində problemlərin həllini sürətləndirməkdən ötrü maliyyə-bank sisteminin islahatları və sağlamlaşdırılmasına dair məqsədli proqram hazirlanıb həyat keçirilməli, həmin proqram əsasında bank sistemində köklü islahatlar getməlidir. Bu sistem müasir tələblər səviyyəsində sağlamlaşdırılmalı,bank sektorunun təmizlənməsi, şəffaflaşdırılması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində zəruri tədbirlər həyat keçirilməlidir. Maliyyə-bank sisteminin sağlaşlaşdırlması istiqamətində hazırda görülən işlərə sistem xarakteri verilməli bu proses davam etdirilməlidir”– deyə, millət vəkili vurğualyıb.
Ə.Məsimlinin fikrincə, hazırkı dövrün çağırışları əsasında demək olar ki, sistemli islahatlar əsasında maliyyə sisteminin sağlamlaşdırılmasına nail olunmalı və bank sektoru real sektorun inkişafı yolundakı maneədən bu sahənin inkişafında yaxından işitrak edən instituta çevrilməlidir.
“Bu istiqamətdə həlli vacib olan məsələrdən biri də dollarla olan kreditlərlə bağlı problemin həllidin sürətləndirilməsidir. Biz maliyyə sağlamlaşdırılması, o cümlədən dollarla olan kreditlər probleminin həllinə dair deputat həmkarım Vahid Əhmədovla birlikdə Azərbaycanda maliyyə sabitliyi, maliyyə-bank sektorunun inkişafı, real sektorun maliyyə təminatının səmərəliliyinin artırılması, eləcə də manatın devalvasiyasından sonra xarici valyutada kredit alanların vəziyyətinin pisləşməsinin qarşının alınmasına yönəlik təkliflər hazırlayıb aidiyyatı orqanlara təqdim etsək də, reallaşması gecikir. Çünki 2015-ci ilin iki şok devalvasiyasından sonra yaranmış qeyri-müəyyənliklərlə bağlı həm əhali,həm xeyli sahibkar, həm də bankların da xeyli hissəsi ağır duruma düşüb. Problemin həlli bundan sonra da uzansa, həmin uzanan zamana proporsional surətdə həm əhalinin, həm də bankların vəziyyəti daha da pisləşəcək”-deyə, o, əlavə edib.
Millət vəkili deyib ki, əhalinin əhəmiyyətli bir hissəsi bizim təkliflər əsasında borclarını qaytarmağa razıdır:
“Bir müddətdən sonra isə əhalinin əlində borclarını qaytarmaq üçün pul qalmayacaq və banklar indiki üsullarla borcların yalnız cüzi bir hissəsini yığa biləcəklər. Bu isə bütövlükdə iqtisadiyyatımız üçün əlavə ciddi problemlər yaradacaq”.
Vəziyətdən çıxış yolu kimi millət vəkili hesab edir ki, dollarla kredit borcları olanlara güzəştlərin edilməsi məsələsi nə qədər tez həll olunsa, bu həm dövlət, həm banklar, həm də əhali üçün faydalı olar, narazılıq azalar, bankların işi yaxşılaşar və əhalinin banklara inamı artar və bu da iqtisadiyyata güclü təkan verər:
“Dollarla krediti olanların probleminin optimal həlli bank sahəsindəki bir sıra digər problemlərin də həllini yumşaldar. Ona görə də məsələnin həllinin sürətləndirilməsi həm dövlət, həm banklar, həm sahibkarlar,həm də əhali üçün sərfəlidir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam